Cihad

Cihadın fəziləti

عَنْ أَبِى سَعِيدٍ الْخُدْرِىِّ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «يَا أَبَا سَعِيدٍ مَنْ رَضِىَ بِاللَّهِ رَبًّا وَبِالإِسْلاَمِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا وَجَبَتْ لَهُ الْجَنَّةُ». فَعَجِبَ لَهَا أَبُو سَعِيدٍ فَقَالَ أَعِدْهَا عَلَىَّ يَا رَسُولَ اللَّهِ فَفَعَلَ ثُمَّ قَالَ «وَأُخْرَى يُرْفَعُ بِهَا الْعَبْدُ مِائَةَ دَرَجَةٍ فِى الْجَنَّةِ مَا بَيْنَ كُلِّ دَرَجَتَيْنِ كَمَا بَيْنَ السَّمَاءِ وَالأَرْضِ». قَالَ وَمَا هِىَ يَا رَسُولَ اللَّهِ قَالَ «الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ الْجِهَادُ فِى سَبِيلِ اللَّهِ».

“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kim Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Peyğəmbər olaraq Muhəmməddən razı olarsa, ona Cənnət vacib olar!” Bu, Əbu Səidin xoşuna gəldi və o dedi: “Ey Allahın Elçisi! Bunu mənim üçün bir daha təkrar et!” Allah Elçisi ﷺ də onun üçün təkrar etdi və dedi: “Başqa bir əməl də var ki, Allah onunla qulunu Cənnətdə yüz dərəcə yüksəldir. Hər iki dərəcə arasındakı məsafə göy ilə yer arası kimidir”. Əbu Səid soruşdu: “O nədir, ey Allahın Elçisi?” O buyurdu: “Allah yolunda cihad etməkdir! Allah yolunda cihad etməkdir!””

Əbu Səid əl-Xudri
Səhih

Qeyd

Muslim, 1884, 3496, 4987; ən-Nəsəi “Sunən” 3131.

İstinad

Fəzilətli əməllər, 388 (Kitab 10, 1)

Fəzilətli əməllər — Cihad