Allah yolunda olan toz
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ رَاحَ رَوْحَهً فِي سَبِيلِ اللهِ كَانَ لَهُ بِمِثْلِ مَا أَصَابَ مِنَ الْغُبَارِ مِسْكاً يَوْمَ الْقِيَامَةِ». «مَا خَالَطَ قَلْبَ امْرِئٍ مُسْلِمٍ رَهَجٌ فِى سَبِيلِ اللَّهِ إِلاَّ حَرَّمَ اللَّهُ عَلَيْهِ النَّارَ».
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim Allah yolunda (döyüşə) gedərsə, Qiyamət günü onun üçün batdığı toz-torpağın misli qədər müşk olar”. Digər rəvayətdə deyilir: “Bir müsəlman kişinin Allah yolunda nəfəsinə toz gedərsə, şübhəsiz ki, Allah Cəhənnəm odunu ona haram edər”.”
Qeyd
Əhməd, 24548, 24592, 25285. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5616.
İstinad
Fəzilətli əməllər, 399 (Kitab 10, 12)
Fəzilətli əməllər — Cihad