Cihad

Cənnətə qırx il əvvəl girənlər

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو قَالَ: قَالَ لِي رَسَول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أتَعْلَمُ أوَّلُ زُمْرَةٍ تَدْخُلُ الجَنَّةَ مِنْ أمَّتِي؟ قال: الله وَ رَسَولهَ أَعْلَم فَقَالَ: المهاجِرُونَ يَأتُونَ يَوْمَ القِيامَةِ إِلَى بَاب الجَنَّةِ وَيَسْتَفْتِحُونَ فَيَقُولُ لَهُمُ الخَزَنَةُ أو قَدْ حُوسِبْتُمْ فيقولون بأي شَيْءٍ نُحَاسَبُ وإنَّمَا كانَتْ أسْيافُنا على عَوَاتِقِنَا في سَبِيلِ الله حَتَّى مُتْنَا على ذَلِكَ قال فَيُفْتَحُ لَهُمْ فَيَقِيلُونَ فيه أرْبَعِينَ عاماً قَبْلَ أنْ يَدْخُلَها النَّاسُ

“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ümmətimdən Cənnətə girən birinci dəstəyə kimin daxil olacağını bilirsən?” O dedi: “Allah və Onun Elçisi daha yaxşı bilir!” Peyğəmbər ﷺ dedi: “Mühacirlər. Onlar Qiyamət günü Cənnət qapısına gələcək və qapının açılmasını istəyəcəklər. Gözətçilər onlara deyəcəklər: “Siz sorğu-sual olundunuzmu?” Onlar deyəcəklər: “Nə ilə sorğu-sual olunacağıq? Biz Allah yolunda qılınclarımızı ölənə qədər çiyinlərimizdə daşımışıq”. (Cənnət qapıları) onların üzünə açılacaq və insanlar (Cənnətə) daxil olana qədər onlar qırx il orada dincələcəklər”.”

Abdullah ibn Amr
Səhih

Qeyd

əl-Hakim, 2389. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 96; Silsilə əs-Səhihə, 853.

İstinad

Fəzilətli əməllər, 402 (Kitab 10, 15)

Fəzilətli əməllər — Cihad