Şəhid olmağı sidq ürəklə istəmək
عَنْ مُعَاذِ بْنِ جَبَلٍ أَنَّهُ سَمِعَ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ قُاتِلَ فِي سَبِيلِ اللهِ فَوَاقَ نَاقَةٍ فَقَدْ وَجَبَتْ لَهُ الْجَنَّة، وَمَنْ سَأَلَ اللهُ الْقَتلَ مِنْ نَفْسِهِ صَادِقاً ثُمَّ مَاتَ أَوْ قُتِلَ فَإِنَّ لَهُ أَجْرَ شَهِيد، وَمَنْ جُرِحَ جُرحاً فِي سَبِيلِ اللهِ، أَوْ نُكِبَ نَكْبَة فَإِنَّهَا تَجِيء يَوْمَ الْقِيَامَةِ كَأَغْزَرِ مَا كَانَتْ لَونُهَا لَونَ الزَّعْفَرَان، وَرِيْحُهَا رِيحُ الْمِسْكِ وَمَنْ خَرَجَ بِهِ خُرَاج فِي سَبِيلِ اللهِ فَإِنَّ عَلَيْهِ طَابعَ الشُّهَدَاءِ».
“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim Allah yolunda dəvənin iki sağımı arasında olan müddət qədər döyüşərsə, Cənnət onun üçün vacib olar. Kim Allahdan sidq-ürəklə şəhid olmağı diləyərsə, sonra (yatağında) ölsə və ya öldürülsə belə, ona şəhid savabı verilər. Kim Allah yolunda (döyüşərək) yaralansa və ya (döyüşə gedib ehtiyatsızlıqdan) yara alsa, o, Qiyamət günü (Allahın hüzuruna dünyada yarasından axdığı qandan) daha çox qan ilə gələcək. Onun qanının rəngi zəfəran rəngi, qoxusu da müşk qoxusu olacaq. Kimin vücudunda Allah yolunda bir çiban çıxsa, onun üzərinə şəhidlik möhürü vurular”.”
Qeyd
Əbu Davud, 2541, 2543. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 3825.
İstinad
Fəzilətli əməllər, 404 (Kitab 10, 17)
Fəzilətli əməllər — Cihad