İki göz, iki damcı və iki iz
عَنْ أَبِى أُمَامَةَ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «لَيْسَ شَىْءٌ أَحَبَّ إِلَى اللَّهِ مِنْ قَطْرَتَيْنِ وَأَثَرَيْنِ قَطْرَةٌ مِنْ دُمُوعٍ فِى خَشْيَةِ اللَّهِ وَقَطْرَةُ دَمٍ تُهَرَاقُ فِى سَبِيلِ اللَّهِ. وَأَمَّا الأَثَرَانِ فَأَثَرٌ فِى سَبِيلِ اللَّهِ وَأَثَرٌ فِى فَرِيضَةٍ مِنْ فَرَائِضِ اللَّهِ».
“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Heç bir şey Allaha iki damcı və iki izdən daha sevimli deyil. Bunlar; Allah qorxusundan axıdılan göz yaşı damcısı və Allah yolunda (döyüşərkən) axıdılan qan damcısıdır. İki izə gəlincə, bunlar Allah yolunda (döyüşərkən əmələ gələn) iz və Allahın fərz ibadətlərini edərkən (əmələ gələn) izdir”.”
Qeyd
ət-Tirmizi, 1669, 1770. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vat-Tərhib, 1326.
İstinad
Fəzilətli əməllər, 412 (Kitab 10, 25)
Fəzilətli əməllər — Cihad