Cihad

Allahın sevdiyi üç qisim insan

عن أبي الدرداء عن النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال: «ثلاثةٌ يحبُّهم اللهُ، ويضحكُ إليهم، ويستبشرُ بهم: الذي إذا انكَشَفتْ فئةٌ؛ قاتلَ وراءَها بنفسِه لله عَزَّ وَجَلَّ، فإمّا أنْ يُقتلَ، وإمّا أن يَنصُرَه اللهُ عَزَّ وَجَلَّ و يكفِيَه، فيقولُ: انظرُوا إلى عبدِي هذا كيف صَبَرَ لي نفسَه؟! والذي له امرأة حسنة، وفراش لين حسن، فيقوم من الليل، فيقول: يذر شهوتَه، و يذكُرني، ولو شاءَ رقَدَ! والذِي إذا كان في سَفَرٍ، وكانَ معَه ركْبٌ؛ فسهِرُوا ثمّ هَجَعُوا، فقامَ من السّحرِ في ضرّاءَ وسرّاءَ»

“Əbu əd-Dərdə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Üç qisim insan var ki, Allah onları sevir, onlara gülür və onlara görə sevinir. Onlardan biri o kimsədir ki, (bir dəstənin tərkibində döyüşə gedir, dəstənin düşmən tərəfindən) məğlub olduğunu gördükdə, ya Allah yolunda öldürüləcəyini, ya da Allahın ﷿ onu qalib edib qoruyacağını (düşünərək) dəstənin arxasında Allah ﷿ üçün təkbaşına döyüşür”. Bu zaman Allah ﷿ buyurur: “Bu qulumun Mənim üçün təkbaşına necə səbir etdiyinə baxın!” Həmçinin o kimsə ki, gözəl qadına və rahat yatağa sahib olub gecə vaxtı (yatağından ibadətə) qalxır. Allah buyurur: “O, şəhvətini tərk edib Məni zikr edir, halbuki, əgər istəsəydi yatardı”. Həmçinin o kimsə ki, yoldaşları ilə birlikdə səfərə çıxır. Yoldaşları gecənin bir hissəsini oyaq qalıb sonra yatırlar. O isə çətinlikdə də, rahatlıqda da (gecənin əvvəlini yatır), gecənin son üçdə birində isə (ibadətə) qalxır”.”

Əbu əd-Dərdə
Həsən

Qeyd

əl-Beyhəqi “əl-Əsmə vas-Sifət” 471-472. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 3478.

İstinad

Fəzilətli əməllər, 420 (Kitab 10, 33)

Fəzilətli əməllər — Cihad