Cihad

Düşmənə ox atmağın fəziləti

عَنْ شُرَحْبِيلَ بْنِ السِّمْطِ عَنْ عَمْرِو بْنِ عَبَسَةَ قَالَ: قُلْتُ: يَا عَمْرُو بْنَ عَبَسَةَ حَدِّثْنَا حَدِيثًا سَمِعْتَهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَيْسَ فِيهِ نِسْيَانٌ وَلاَ تَنَقُّصٌ. قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ رَمَى بِسَهْمٍ فِى سَبِيلِ اللَّهِ فَبَلَغَ الْعَدُوَّ أَخْطَأَ أَوْ أَصَابَ كَانَ لَهُ كَعِدْلِ رَقَبَةٍ وَمَنْ أَعْتَقَ رَقَبَةً مُسْلِمَةً كَانَ فِدَاءُ كُلِّ عُضْوٍ مِنْهُ عُضْوًا مِنْهُ مِنْ نَارِ جَهَنَّمَ وَمَنْ شَابَ شَيْبَةً فِى سَبِيلِ اللَّهِ كَانَتْ لَهُ نُورًا يَوْمَ الْقِيَامَةِ».

“Şurahbil ibn əs-Simt Amr ibn Abəsədən ﵁ rəvayət edərək demişdir: “Mən Amr ibn Abəsəyə dedim: “Ey Amr ibn Abəsə! Bizə elə bir hədis danış ki, bu hədisdə heç bir unutqanlıq və naqislik olmasın”. Amr ibn Abəsə dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Kim Allah yolunda düşmənə bir ox atarsa, ox hədəfə dəyməsə də, dəysə də, ona bir kölə azad etmiş kimi savab yazılar. Kim bir müsəlman köləni azad edərsə, onun azad etdiyi hər bir əza müqabilində əzaları Cəhənnəm odundan qurtular. Allah yolunda saçını ağardanın ağ saçları Qiyamət günü onun üçün nur olacaq”.”

Şurahbil ibn əs-Simt
Səhih

Qeyd

ən-Nəsəi “Sunən” 3145, 3158. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2681.

İstinad

Fəzilətli əməllər, 423 (Kitab 10, 36)

Fəzilətli əməllər — Cihad