Cihad

Şəhidlər təkcə döyüş meydanında öldürülənlər deyil

عَنْ رَبِيعِ الأَنْصَارِيِّ أَنّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَادَ ابْنَ أَخِي جَبْرَ الأَنْصَارِيَّ فَجَعَلَ أَهْلُهُ يَبْكُونَ عَلَيْهِ، فَقَالَ لَهُمْ جَبْرٌ: لا تُؤْذُوا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: دَعْهُنَّ فَلْيَبْكِينَ مَا دَامَ حَيًّا، فَإِذَا وَجَبَ فَلْيَسْكُتْنَ، فَقَالَ بَعْضُهُمْ: مَا كُنَّا نَرَى أنْ يَكُونَ مَوْتُكَ عَلَى فِرَاشِكَ، حَتَّى تُقْتَلَ فِي سَبِيلِ اللَّهِ، مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَوَ مَا الشَّهَادَةُ إلَّا فِي الْقَتْلِ فِي سَبِيلِ اللَّهِ؟ إِنَّ شُهَدَاءَ أُمَّتِي إِذَنْ لَقَلِيلٌ، إِنَّ الطَّعْنَ وَالطَّاعُونَ شَهَادَةٌ، وَالْبَطْنَ شَهَادَةٌ، وَالنُّفَسَاءَ بِجُمُعٍ شَهَادَةٌ، وَالْحَرَقُ شَهَادَةٌ، وَالْغَرَقُ شَهَادَةٌ، وَالْهَدْمُ شَهَادَةٌ، وذَاتَ الْجَنَبِ شَهَادَةٌ.

“Rabi əl-Ənsari ﵁ demişdir: “Qardaşım oğlu Cəbr əl-Ənsari ölüm döşəyində olarkən Allah Elçisi ﷺ onu ziyarət etdi. Cəbrin ailəsi ona görə ağlayırdılar. Cəbr onlara dedi: “Allah Elçisinə əziyyət verməyin!” Allah Elçisi ﷺ buyurdu: “Onlarla işin olmasın, nə qədər ki, sağsan, qoy ağlasınlar. Ölüm anı gəldikdə isə sakit olsunlar”. Onun ailə üzvlərindən bəziləri dedi: “Biz sənin Allah Elçisi ﷺ ilə cihadda öldürülməyindən əvvəl yatağında ölməyini istəməzdik”. Allah Elçisi ﷺ buyurdu: “Şəhidlik yalnız cihadda ölmək deyil. Belə olsaydı, ümmətmin şəhidləri az olardı. Həqiqətən, bədəni deşilərək ölmək və taundan ölmək şəhidlikdir, qarın xəstəliyindən ölmək şəhidlikdir, doğuş zamanı ölmək bütün qadınlara şəhidlikdir, yanaraq ölmək şəhidlikdir, boğularaq ölmək şəhidlikdir, dağıntı altında qalaraq ölmək şəhidlikdir, ağciyər iltihabından ölmək şəhidlikdir”.”

Rabi əl-Ənsari
Səhih

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 4472, 4607. Hədis səhih li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1395.

İstinad

Fəzilətli əməllər, 442 (Kitab 10, 55)

Fəzilətli əməllər — Cihad