Şəhidlər təkcə döyüş meydanında öldürülənlər deyil
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ يَا رَسُولَ اللَّهِ أَرَأَيْتَ إِنْ جَاءَ رَجُلٌ يُرِيدُ أَخْذَ مَالِى قَالَ «فَلاَ تُعْطِهِ مَالَكَ». قَالَ أَرَأَيْتَ إِنْ قَاتَلَنِى قَالَ «قَاتِلْهُ». قَالَ أَرَأَيْتَ إِنْ قَتَلَنِى قَالَ «فَأَنْتَ شَهِيدٌ». قَالَ أَرَأَيْتَ إِنْ قَتَلْتُهُ قَالَ «هُوَ فِى النَّارِ».
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi, əgər bir nəfər mənim malımı əlimdən almaq istəsə, mən nə edim?” O buyurdu: “Malını ona vermə!” Kişi dedi: “Birdən müqavimət göstərsə?” O buyurdu: “Sən də ona müqavimət göstər”. Kişi dedi: “Əgər o, məni öldürsə?” O buyurdu: “Belə olan halda sən şəhid olarsan”. Kişi dedi: “Əgər birdən mən onu öldürsəm?” Allah Elçisi ﷺ buyurdu: “O, Cəhənnəmlik olar”.”
Qeyd
Muslim, 201, 377.
İstinad
Fəzilətli əməllər, 445 (Kitab 10, 58)
Fəzilətli əməllər — Cihad