Bəla, Xəstəlik və Ziyarət

Bəlaya ən çox məruz qalanlar

عَنْ عَطَاءِ بْنِ يَسَارٍ أَنَّ أَبَا سَعِيدٍ الْخُدْرِيِّ دَخَلَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مَوْعُوكٌ، عَلَيْهِ قَطِيفَةٌ، وَوَضَعَ يَدَهُ عَلَيْهَا فَوَجَدَ حَرَارَتَهَا فَوْقَ الْقَطِيفَةِ، فَقَالَ أَبُو سَعِيدٍ: مَا أَشَدَّ حَرَّ حُمَّاكَ يَا رَسُولَ اللهِ؟، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّا كَذَلِكَ يُشَدَّدُ عَلَيْنَا الْبَلاَءُ وَيُضَاعَفُ لَنَا الأَجْرُ ثُمَّ قَالَ: يَا رَسُولَ اللهِ، مَنْ أَشَدُّ النَّاسِ بَلاَءً؟ قَالَ: الأَنْبِيَاءُ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: الْعُلَمَاءُ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: ثُمَّ الصَّالِحُونَ كَانَ أَحَدُهُمْ يُبْتَلَى بِالْفَقْرِ حَتَّى مَا يَجِدُ إِلاَّ الْعَبَاءَةَ يَلْبَسُهَا، وَيُبْتَلَى بِالْقُمَّلِ حَتَّى تَقْتُلَهُ، وَلاَحَدُهُمْ كَانَ أَشَدَّ فَرَحًا بِالْبَلاَءِ مِنْ أَحَدِكُمْ بِالْعَطَاءِ.

“Əta ibn Yəsar ﵀ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ qızdırmalı olduğu halda Əbu Səid əl-Xudri onun yanına gəldi. Allah Elçisinin ﷺ üzərində dəsmal var idi. Əbu Səid əlini dəsmalın üzərinə qoydu və istiliyi dəsmalın üzərində hiss edib dedi: “Sənin necə də şiddətli qızdırman var, ey Allahın Elçisi?!” Allah Elçisi ﷺ buyurdu: “Bizə gələn bəla belə şiddətli olur və mükafatı da qat-qat verilir”. Əbu Səid soruşdu: “Ey Allahın Elçisi, insanlardan ən güclü bəlaya məruz qalanlar kimlərdir?” O buyurdu: “Peyğəmbərlər”. Əbu Səid soruşdu: “Sonra kimlərdir?” O buyurdu: “Alimlər”. Əbu Səid soruşdu: “Sonra kimlərdir?” O buyurdu: “Sonra əməlisalehlərdir. Onlardan kimisi geyinməyə əbadan başqa heç bir şey tapmayana qədər kasıblaşır, kimisini bit basır və ölümünə səbəb olur. Həqiqətən, onlar başlarına gələn bəlaya sizin hədiyyəyə sevinməyinizdən daha çox sevinirlər”.”

Əta ibn Yəsar
Səhih

Qeyd

əl-Hakim, 119; İbn Əbud-Dunyə “Mərad vəl Kəffərat” 1. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3403.

İstinad

Fəzilətli əməllər, 512 (Kitab 12, 1)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət