Fəzilətli əməllərBəla, Xəstəlik və Ziyarət

Kitab 12

Bəla, Xəstəlik və Ziyarət

47

hədis

Fəsil 1

Bəlaya ən çox məruz qalanlar

عَنْ عَطَاءِ بْنِ يَسَارٍ أَنَّ أَبَا سَعِيدٍ الْخُدْرِيِّ دَخَلَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مَوْعُوكٌ، عَلَيْهِ قَطِيفَةٌ، وَوَضَعَ يَدَهُ عَلَيْهَا فَوَجَدَ حَرَارَتَهَا فَوْقَ الْقَطِيفَةِ، فَقَالَ أَبُو سَعِيدٍ: مَا أَشَدَّ حَرَّ حُمَّاكَ يَا رَسُولَ اللهِ؟، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّا كَذَلِكَ يُشَدَّدُ عَلَيْنَا الْبَلاَءُ وَيُضَاعَفُ لَنَا الأَجْرُ ثُمَّ قَالَ: يَا رَسُولَ اللهِ، مَنْ أَشَدُّ النَّاسِ بَلاَءً؟ قَالَ: الأَنْبِيَاءُ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: الْعُلَمَاءُ قَالَ: ثُمَّ مَنْ؟ قَالَ: ثُمَّ الصَّالِحُونَ كَانَ أَحَدُهُمْ يُبْتَلَى بِالْفَقْرِ حَتَّى مَا يَجِدُ إِلاَّ الْعَبَاءَةَ يَلْبَسُهَا، وَيُبْتَلَى بِالْقُمَّلِ حَتَّى تَقْتُلَهُ، وَلاَحَدُهُمْ كَانَ أَشَدَّ فَرَحًا بِالْبَلاَءِ مِنْ أَحَدِكُمْ بِالْعَطَاءِ.

“Əta ibn Yəsar ﵀ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ qızdırmalı olduğu halda Əbu Səid əl-Xudri onun yanına gəldi. Allah Elçisinin ﷺ üzərində dəsmal var idi. Əbu Səid əlini dəsmalın üzərinə qoydu və istiliyi dəsmalın üzərində hiss edib dedi: “Sənin necə də şiddətli qızdırman var, ey Allahın Elçisi?!” Allah Elçisi ﷺ buyurdu: “Bizə gələn bəla belə şiddətli olur və mükafatı da qat-qat verilir”. Əbu Səid soruşdu: “Ey Allahın Elçisi, insanlardan ən güclü bəlaya məruz qalanlar kimlərdir?” O buyurdu: “Peyğəmbərlər”. Əbu Səid soruşdu: “Sonra kimlərdir?” O buyurdu: “Alimlər”. Əbu Səid soruşdu: “Sonra kimlərdir?” O buyurdu: “Sonra əməlisalehlərdir. Onlardan kimisi geyinməyə əbadan başqa heç bir şey tapmayana qədər kasıblaşır, kimisini bit basır və ölümünə səbəb olur. Həqiqətən, onlar başlarına gələn bəlaya sizin hədiyyəyə sevinməyinizdən daha çox sevinirlər”.”

Əta ibn Yəsar
SəhihFəzilətli əməllər, 512 (Kitab 12, 1)

Qeyd

əl-Hakim, 119; İbn Əbud-Dunyə “Mərad vəl Kəffərat” 1. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3403.

عَنْ فَاطِمَةَ بِنْت الْيَمَانِ قَالَتْ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ مِنْ أَشَدِّ النَّاسِ بَلاءً الأَنْبِيَاءَ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ، ثُمَّ الَّذِينَ يَلُونَهُمْ».

“Rəvayət edilir ki, Fatimə bint əl-Yəmən ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İnsanlardan ən çox bəlaya düçar olanlar peyğəmbərlərdir, sonra (fəzilətdə) onların ardınca gələnlər, sonra onların ardınca gələnlər, sonra da onların ardınca gələnlər”.”

Fatimə bint əl-Yəmən
SəhihFəzilətli əməllər, 513 (Kitab 12, 2)

Qeyd

Əhməd, 27079, 27124, 27619. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 996.

عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ أَىُّ النَّاسِ أَشَدُّ بَلاَءً؟ قَالَ: «الأَنْبِيَاءُ ثُمَّ الأَمْثَلُ فَالأَمْثَلُ يُبْتَلَى الْعَبْدُ عَلَى حَسَبِ دِينِهِ فَإِنْ كَانَ فِى دِينِهِ صُلْبًا اشْتَدَّ بَلاَؤُهُ وَإِنْ كَانَ فِى دِينِهِ رِقَّةٌ ابْتُلِىَ عَلَى حَسَبِ دِينِهِ فَمَا يَبْرَحُ الْبَلاَءُ بِالْعَبْدِ حَتَّى يَتْرُكَهُ يَمْشِى عَلَى الأَرْضِ وَمَا عَلَيْهِ مِنْ خَطِيئَةٍ».

“Rəvayət edilir ki, Sad ibn Əbu Vaqqas ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, ən şiddətli bəlaya düçar olan insanlar kimlərdir?” O buyurdu: “Peyğəmbərlər, sonra onlara daha yaxın olanlar, sonra onlara daha yaxın olanlardır. Kişi dininə görə imtahan olunur. Əgər dinində möhkəmdirsə, imtahanı çətinləşir. Yox, əgər dinində zəifdirsə, Allah onu dininə görə imtahan edir. Qul yer üzərində günahsız gəzənədək bəla ona gəlməkdə davam edir”.”

Sad ibn Əbu Vaqqas
SəhihFəzilətli əməllər, 514 (Kitab 12, 3)

Qeyd

İbn Macə, 4023, 4159. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 143.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ يُرِدْ اللَّهُ بِهِ خَيْرًا يُصِبْ مِنْهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah kimə xeyir nəsib etmək istəsə, onu imtahana çəkər”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 515 (Kitab 12, 4)

Qeyd

əl-Buxari, 5213, 5645.

Fəsil 2

Bəla və xəstəliklər günahlara kəffarədir

عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ عِظَمَ الْجَزَاءِ مَعَ عِظَمِ الْبَلاَءِ وَإِنَّ اللَّهَ إِذَا أَحَبَّ قَوْمًا ابْتَلاَهُمْ فَمَنْ رَضِىَ فَلَهُ الرِّضَا وَمَنْ سَخِطَ فَلَهُ السَّخَطُ».

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər”.”

Ənəs
HəsənFəzilətli əməllər, 516 (Kitab 12, 5)

Qeyd

ət-Tirmizi, 2396, 2576; İbn Macə, 4031. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 146.

عَنْ مَحْمُودِ بْنِ لَبِيدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا أَحَبَّ اللَّهُ قَوْمًا ابْتَلاَهُمْ ، فَمَنْ صَبَرَ فَلَهُ الصَّبْرُ ، وَمَنْ جَزِعَ فَلَهُ الْجَزَعُ.

“Mahmud ibn Ləbid ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allah bir qövmü sevdiyi zaman onları imtahana çəkər. Kim səbir edərsə, bu səbir onun lehinə, kim də gileylənərsə, bu giley onun əleyhinə olar”.”

Mahmud ibn Ləbid
SəhihFəzilətli əməllər, 517 (Kitab 12, 6)

Qeyd

Əhməd, 23622, 23683, 24033. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1706.

عَنْ جَابِرٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَودُّ أَهْلُ الْعَافِيةِ يَوْمَ الْقِيَامَةِ، حِينَ يُعْطَى أَهْلُ الْبلاَءِ الثَّوَابَ، لَوْ أَنَّ جُلُودَهُمْ كَانَتْ قُرِضَتْ فِي الدُّنْيَا بِالْمَقَارِيْض».

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü bəlaya düçar olanlara savab veriləcəyi zaman, bəla görməyənlər dünyada (imtahana çəkilib) dərilərinin kəskin alətlərlə kəsilib parçalanmasını arzulayacaqlar”.”

Cabir
HəsənFəzilətli əməllər, 518 (Kitab 12, 7)

Qeyd

ət-Tirmizi, 2402, 2582. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 8177.

عَنْ عَائِشَةَ أَنَّ رَجُلًا تَلاَ هَذِهِ الْآيَةَ }مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ{ فَقَالَ: إِنَّا لَنُجْزَى بِكُلِّ مَا عَمِلْنَا، هَلَكْنَا إِذَا، فَبَلَغَ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: نَعَمْ يُجْزَى بِهِ فِي الدُّنْيَا مِنْ مُصِيبَةٍ فِي جَسَدِهِ مِمَّا يُؤْذِيهِ.

“Aişə ﵂ rəvayət edir ki, bir kişi bu ayəni: “Pislik edən kəs onun cəzasını alacaq” (ən-Nisa, 123) – oxudu və dedi: “Biz etdiyimiz hər bir əmələ görə cəzalandırılacağıqsa, onda biz həlak olduq!” Bu xəbər Allah Elçisinə ﷺ çatdıqda, o buyurdu: “Bəli, o, dünya həyatında bədəninə əziyyət verəcək şeylərlə imtahan olunmaqla cəzalandırılacaq”.”

Aişə
SəhihFəzilətli əməllər, 519 (Kitab 12, 8)

Qeyd

İbn Hibban, 2923. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3429.

عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقِ أَنَّهُ قَالَ: يَا رَسُولَ اللَّهِ كَيْفَ الصَّلاَحُ بَعْدَ هَذِهِ الْآيَةِ }لَيْسَ بِأَمَانِيِّكُمْ وَلاَ أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ{ وَكُلُّ شَيْءٍ عَمِلْنَا جُزِينَا بِهِ؟ فَقَالَ: غَفَرَ اللَّهُ لَكَ يَا أَبَا بَكْرٍ، أَلَسْتَ تَمْرَضُ؟ أَلَسْتَ تَحْزَنُ؟ أَلَسْتَ تُصِيبُكَ اللَّأْوَاءُ؟ قَالَ: قُلْتُ: بَلَى، قَالَ: هُوَ مَا تُجْزَوْنَ بِهِ.

“Rəvayət edilir ki, Əbu Bəkr əs-Siddiq ﵁ demişdir: “Bir dəfə mən dedim: “Ey Allahın Elçisi, bu ayədən sonra: “(Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs onun cəzasını alacaq” (ən-Nisa, 123) – etdiyimiz hər bir əməlin cəzasını alacağımız halda necə salamat qalmaq olar?” O buyurdu: “Allah səni bağışlasın, ey Əbu Bəkr! Məgər sən xəstələnmirsən, kədərlənmirsən, bəlaya düçar olmursan?” Mən: “Bəli”- dedim. O buyurdu: “Siz elə bunlarla cəzalandırılırsınız”.”

Əbu Bəkr əs-Siddiq
SəhihFəzilətli əməllər, 520 (Kitab 12, 9)

Qeyd

İbn Hibban, 2910. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3430.

عن زياد بن الربيع قال: قلت لأبي بن كعب آية في كتاب الله قد أحزنتني قال: ما هي؟ قلت: }مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ{ قال: ما كنت أراك إلا أفقه مما أرى. إن المؤمن لا تصيبه عثرة قدم ولا اختلاج عرق إلا بذنب وما يعفو الله عنه أكثر.

“Rəvayət edilir ki, Ziyad ibn Rabi ﵀ demişdir: “Mən Ubey ibn Kəbə dedim: “Allahın Kitabında bir ayə məni kədərləndirdi”. O soruşdu: “O hansı ayədir?” Mən dedim: “...Pislik edən şəxs onun cəzasını görəcək...” (ən-Nisa, 123) ayəsidir”. Kəb dedi: “Mən səni gördüyümdən daha fəqih bilirdim. Həqiqətən, möminə ayaq büdrəməsi, damar titrəməsi kimi müsibətin gəlməsi günahına görədir. Allahın əfv etdiyi günahlar isə bundan daha çoxdur”.”

Ziyad ibn Rabi
SəhihFəzilətli əməllər, 521 (Kitab 12, 10)

Qeyd

İbn Əbud-Dunyə “əl-Mərad vəl-Kəffərat” 100; Beyhəqi “Şuabul-İman” 9814.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ الرَّجُلَ لَتَكُونُ لَهُ عِنْدَ اللهِ الْمَنْزِلَةُ، فَمَا يَبْلُغُهَا بِعَمَلٍ، فَلاَ يَزَالُ اللهُ يَبْتَلِيهِ بِمَا يَكْرَهُ، حَتَّى يُبَلِّغَهُ إِيَّاهَا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kişinin Allah dərgahında yüksək bir dərəcəsi olur. O, bu dərəcəyə əməli sayəsində nail olmamışdır. Allah onu xoşlamadığı şeylərlə imtahana çəkə-çəkə bu dərəcəyə yüksəltmişdir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 522 (Kitab 12, 11)

Qeyd

Əbu Yalə, 6095; İbn Hibban 2897. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 2599.

عَنْ مُحَمَّدِ بن جُبَيْرِ بن مُطْعِمٍ، عَنْ أَبِيهِ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَبْتَلِي عَبْدَهُ بِالسَّقَمِ حَتَّى يُكَفِّرَ عَنْهُ كُلَّ ذَنْبِهِ"

“Muhəmməd ibn Cubeyr ibn Mutim atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Şübhəsiz ki, Allah ﷿ qulunun bütün günahlarını yuyana qədər onu xəstəliyə düçar edir”.”

Muhəmməd ibn Cubeyr ibn Mutim atasından
SəhihFəzilətli əməllər, 523 (Kitab 12, 12)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 1226, 1527, 1548; əl-Hakim, 1286. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1870.

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "صُدَاعُ الْمُؤْمِنِ, أَوْ شَوْكَةٌ يُشَاكُهَا, أَوْ شَيْءٌ يُؤْذِيهِ يَرْفَعُهُ اللهُ بِهَا يَوْمَ الْقِيَامَةِ دَرَجَةً, وَيُكَفِّرُ بِهَا عَنْهُ ذُنُوبَهُ"

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah möminin başağrısına, ayağına batan tikana və ya ona əziyyət verən hər bir şeyə görə Qiyamət günü onun dərəcəsini yüksəldər və bunları onun günahlarına kəffarə edər”.”

Əbu Səid əl-Xudri
HəsənFəzilətli əməllər, 524 (Kitab 12, 13)

Qeyd

İbn Əbud-Dunyə “Mərad vəl-Kəffərat” 180. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3434.

عَائِشَةَ عَنِ النَّبِيِّ قَالَ: مَا مِنْ مُسْلِمٍ يُصَابُ بِمُصِيبَةٍ، وَجَعٍ أَوْ مَرَضٍ، إِلاَّ كَانَ كَفَّارَةَ ذُنُوبِهِ، حَتَّى الشَّوْكَةُ يُشَاكُهَا، أَوِ النَّكْبَةُ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hansı müsəlmana müsibət – bir dərd və ya bir xəstəlik üz verərsə, bu, onun günahlarının kəffarəsi olar. Hətta, ayağına batan bir tikan, yaxud (yolda) büdrəməsi belə (onun üçün kəffarədir)”.”

Aişə
SəhihFəzilətli əməllər, 525 (Kitab 12, 14)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 498. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 383.

سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَا مِنْ مُسْلِمٍ يُشَاكُ شَوْكَةً فِي الدُّنْيَا يَحْتَسِبُهَا، إِلاَّ قُصَّ بِهَا مِنْ خَطَايَاهُ يَوْمَ الْقِيَامَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dünyada ikən (ayağına) tikan batan və (Allahdan) bunun savabını uman elə bir müsəlman yoxdur ki, həmin müsibət sayəsində Qiyamət günü onun günahları bağışlanmasın”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 526 (Kitab 12, 15)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 507. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 392.

عَنْ أَبِي هُرَيْرَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: لاَ يَزَالُ الْبَلاَءُ بِالْمُؤْمِنِ وَالْمُؤْمِنَةِ، فِي جَسَدِهِ وَأَهْلِهِ وَمَالِهِ، حَتَّى يَلْقَى اللَّهَ عَزَّ وَجَلَّ وَمَا عَلَيْهِ خَطِيئَةٌ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 527 (Kitab 12, 16)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 494. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 380.

عَنْ جَابِرٍ قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: مَا مِنْ مُؤْمِنٍ وَلاَ مُؤْمِنَةٍ، وَلاَ مُسْلِمٍ وَلاَ مَسْلَمَةٍ، يَمْرَضُ مَرَضًا إِلاَّ قَصَّ اللَّهُ بِهِ عَنْهُ مِنْ خَطَايَاهُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Xəstəliyə mübtəla olmuş elə bir mömin kişi və mömin qadın, eləcə də, müsəlman kişi və müsəlman qadın yoxdur ki, o xəstəlik sayəsində Allah onun günahlarını bağışlamasın”.”

Cabir
SəhihFəzilətli əməllər, 528 (Kitab 12, 17)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 508. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 393.

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ وَعَنْ أَبِي هُرَيْرَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَا يُصِيبُ الْمُسْلِمَ مِنْ نَصَبٍ وَلاَ وَصَبٍ وَلاَ هَمٍّ وَلاَ حُزْنٍ وَلاَ أَذًى وَلاَ غَمٍّ حَتَّى الشَّوْكَةِ يُشَاكُهَا إِلاَّ كَفَّرَ اللَّهُ بِهَا مِنْ خَطَايَاهُ.

“Əbu Səid əl-Xudri və Əbu Hureyra ﵄ rəvayət edirlər ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın”.”

Əbu Səid əl-Xudri və Əbu Hureyra
SəhihFəzilətli əməllər, 529 (Kitab 12, 18)

Qeyd

əl-Buxari, 5210, 5641, “Ədəbul-Mufrad” 492; Muslim, 2573.

عَنْ أَبِي أُمَامَةَ الْبَاهِلِيِّ عَنْ نَبِيِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "مَا مِنْ عَبْدٍ يُصْرَعُ صَرْعَةً مِنْ مَرِضٍ إِلا بَعَثَهُ اللَّهُ مِنْهَا طَاهِرًا".

“Əbu Umamə əl-Bəhili ﵁ rəvayət edir ki, Allahın Peyğəmbəri ﷺ belə buyurdu: “Xəstəlikdən əziyyət çəkən elə bir qul yoxdur ki, Allah onu günahlardan təmizlənmiş halda xəstəlikdən azad etməsin”.”

Əbu Umamə əl-Bəhili
SəhihFəzilətli əməllər, 530 (Kitab 12, 19)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 7358, 7485. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3436.

عَنْ عَبْدِ اللَّهِ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي مَرَضِهِ وَهُوَ يُوعَكُ وَعْكًا شَدِيدًا وَقُلْتُ إِنَّكَ لَتُوعَكُ وَعْكًا شَدِيدًا قُلْتُ إِنَّ ذَاكَ بِأَنَّ لَكَ أَجْرَيْنِ قَالَ أَجَلْ مَا مِنْ مُسْلِمٍ يُصِيبُهُ أَذًى إِلاَّ حَاتَّ اللَّهُ عَنْهُ خَطَايَاهُ كَمَا تَحَاتُّ وَرَقُ الشَّجَرِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Peyğəmbər ﷺ (ağır) xəstələndiyi zaman mən onun yanına gəldim (və baxdım ki,) o, qızdırma içində yanır. Mən dedim: “(Ey Allahın Elçisi!) Sən qızdırma içində yanırsan! Yəqin bu, sənin iki savab qazanmağına görədir.” O dedi: “Düzdür, başına müsibət gəlmiş elə bir müsəlman yoxdur ki, Allah, ağacın yarpaqları töküldüyü kimi onun günahlarını təmizləmiş olmasın”.”

Abdullah
SəhihFəzilətli əməllər, 531 (Kitab 12, 20)

Qeyd

əl-Buxari, 5215, 5647; Muslim, 2571, 4663, 6724.

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَادَ رَجُلاً مِنْ وَعَكٍ كَانَ بِهِ فَقَالَ «أَبْشِرْ فَإِنَّ اللَّهَ يَقُولُ هِىَ نَارِى أُسَلِّطُهَا عَلَى عَبْدِىَ الْمُؤْمِنِ فِى الدُّنْيَا لِتَكُونَ حَظَّهُ مِنَ النَّارِ فِى الآخِرَةِ»

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qızdırma xəstəliyinə tutulmuş bir adamı ziyarət etdi və dedi: “Sevin, çünki Allah buyurur: “O (qızdırma) Mənim atəşimdir. Axirətdə atəşdən bir payı olsun deyə, Mən onu mömin quluma dünyada göndərirəm”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 532 (Kitab 12, 21)

Qeyd

ət-Tirmizi, 2088, 2232; İbn Macə, 3470, 3599. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 557.

عَنْ جَابِرٍ قَالَ: دَخَلَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى أُمِّ السَّائِبِ، وَهِيَ تُزَفْزِفُ، فَقَالَ: مَا لَكِ؟ قَالَتِ: الْحُمَّى أَخْزَاهَا اللَّهُ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَهْ، لاَ تَسُبِّيهَا، فَإِنَّهَا تُذْهِبُ خَطَايَا الْمُؤْمِنِ، كَمَا يُذْهِبُ الْكِيرُ خَبَثَ الْحَدِيدِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ Ummu Saib adlı (xəstə) bir qadına baş çəkdi. Qadın titrəyirdi. Peyğəmbər ﷺ soruşdu: “Sənə nə olub?” O, dedi: “Qızdırmam var. Allah onu zəlil etsin!” Peyğəmbər ﷺ dedi: “Sus, onu söymə! Çünki bu (xəstəlik), möminin günahlarını körük dəmirin pasını apardığı kimi silib aparır”.”

Cabir
SəhihFəzilətli əməllər, 533 (Kitab 12, 22)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 516; Muslim, 2575, 4672, 6735; İbn Hibban, 2938; əl-Beyhəqi, 6799.

عَنْ عَائِشَةَ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِذَا اشْتَكَى الْمُؤْمِنُ أَخْلَصَهُ اللَّهُ كَمَا يُخَلِّصُ الْكِيرُ خَبَثَ الْحَدِيدِ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mömin xəstələndiyi zaman Allah da onu günahlardan körük dəmirin pasını apardığı kimi təmizləyir”.”

Aişə
SəhihFəzilətli əməllər, 534 (Kitab 12, 23)

Qeyd

İbn Hibban, 2936; əl-Buxari “Ədəbul-Mufrad” 497. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1257.

حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَا مِنْ مُسْلِمٍ ابْتَلاَهُ اللَّهُ فِي جَسَدِهِ إِلاَّ كُتِبَ لَهُ مَا كَانَ يَعْمَلُ فِي صِحَّتِهِ، مَا كَانَ مَرِيضًا، فَإِنْ عَافَاهُ، أُرَاهُ قَالَ: غَسَّلَهُ، وَإِنْ قَبَضَهُ غَفَرَ لَهُ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Allahın xəstəliyə mübtəla etdiyi elə bir müsəlman yoxdur ki, xəstəliyi davam etdikcə sağlam ikən yerinə yetirdiyi əməllərin savabı ona yazılmasın. Əgər Allah onu sağaltsa, – güman edirəm ki, Peyğəmbər ﷺ dedi, – Allah onu təmizləyər. Yox, əgər canını alarsa, onu bağışlayar”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 535 (Kitab 12, 24)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 501. Hədis həsən-səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 386.

عَنْ أَبِى أُمَامَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إنَّ العَبْدَ إذا مَرِضَ أوْحى اللَّهُ إلى مَلائِكَتِهِ يا ملائكتي أنا قَيَّدْتُ عَبْدِي بقَيْدٍ مِنْ قُيُودِي فإنْ أقْبِضْهُ أغْفِرْ لهُ وإنْ أعافِهِ فجسد مغفور له لا ذنْبَ لهُ»

“Rəvayət edilir ki, Əbu Umamə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: “Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox, əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar!””

Əbu Umamə
SəhihFəzilətli əməllər, 536 (Kitab 12, 25)

Qeyd

əl-Beyhəqi “Şuabul-İman” 9923. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 1673.

عَنْ شَدَّادَ بْنَ أَوْس فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ «إِذَا ابْتَلَيْتُ عَبْدًا مِنْ عِبَادِي مُؤْمِنًا فَحَمِدَنِي و صبر عَلَى مَا بلَيْتُهُ فَإِنَّهُ يَقُومُ مِنْ مَضْجَعِهِ ذَلِكَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ مِنْ الْخَطَايَا وَيَقُولُ الرَّبُّ عَزَّ وَجَلَّ للحفظة إني أَنَا قَيَّدْتُ عَبْدِي هذا وَابْتَلَيْتُهُ فأجْرُوا لَهُ مَا كُنْتُمْ تُجْرُونَ لَهُ قبل ذلك من الأجر وَهُوَ صَحِيحٌ»

“Rəvayət edilir ki, Şəddad ibn Əus ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah ﷿ buyurur: “Mömin bir qulumu bəlaya düçar etdikdə o, Mənə həmd edərək düçar etdiyim bəlaya səbir etsə, yatağından anadan doğulduğu gündə olduğu kimi xətalardan (təmizlənərək) ayağa qalxar”. Rəbb ﷿ qoruyucu mələklərinə buyurur: “Həqiqətən, Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim. Ona bundan əvvəl sağlam ikən (etdiyi əməllərə bərabər) yazdığınız əcr qədər mükafat yazın!””

Şəddad ibn Əus
HəsənFəzilətli əməllər, 537 (Kitab 12, 26)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 4709. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4300.

عَنْ عَطَاءِ بْنِ يَسَارٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِذَا مَرِضَ الْعَبْدُ بَعَثَ اللَّهُ تَعَالَى إِلَيْهِ مَلَكَيْنِ فَقَالَ انْظُرَا مَاذَا يَقُولُ لِعُوَّادِهِ فَإِنْ هُوَ إِذَا جَاءُوهُ حَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ رَفَعَا ذَلِكَ إِلَى اللَّهِ عَزَّ وَجَلَّ وَهُوَ أَعْلَمُ فَيَقُولُ لِعَبْدِي عَلَيَّ إِنْ تَوَفَّيْتُهُ أَنْ أُدْخِلَهُ الْجَنَّةَ وَإِنْ أَنَا شَفَيْتُهُ أَنْ أُبْدِلَ لَهُ لَحْمًا خَيْرًا مِنْ لَحْمِهِ وَدَمًا خَيْرًا مِنْ دَمِهِ وَأَنْ أُكَفِّرَ عَنْهُ سَيِّئَاتِهِ

“Əta ibn Yəsar ﵀ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir qul xəstələndikdə Uca Allah onun yanına iki mələk göndərərək buyurur: “Onu ziyarət edənlərə nə söylədiyinə baxın!” (Ziyarət edənlər) onun yanına gəldikdə, o, Allaha həmd-səna etsə, mələklər - Allahın daha yaxşı bildiyi halda - bu (sözləri) Allaha yüksəldirlər. Allah buyurur: “Qulumu vəfat etdirəcəyim təqdirdə Cənnətə daxil edəcəyimi, sağaldacağım təqdirdə isə ətini daha yaxşı ət ilə, qanını da daha yaxşı qan ilə dəyişdirəcəyimi və günahlarını bağışlayacağımı Özümə vacib etdim”.”

Əta ibn Yəsar
HəsənFəzilətli əməllər, 538 (Kitab 12, 27)

Qeyd

Malik, 3465. Hədis həsən li-ğeyrihidir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3431.

أبا هريرة يحدث قال: دخلت على أم عبد الله بنت أبي ذباب عائدا لها من شكوى فقالت: يا أبا هريرة! إني دخلت على أم سلمة أعودها من شكوى، فنظرت إلى قرحة في يدي فقالت: سمعت رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يقول: ما ابتلى الله عبدا ببلاء و هو على طريقة يكرهها، إلا جعل الله ذلك البلاء له كفارة و طهورا، ما لم ينزل ما أصابه من البلاء بغير الله، أو يدعو غير الله في كشفه

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə mən Ummu Abdullah bint Əbu Zubab xəstə ikən onu ziyarət etmək üçün yanına daxil oldum və o, mənə dedi: “Ey Əbu Hureyra, mən Ummu Sələmə xəstə ikən onu ziyarət etmək üçün yanına getmişdim. O, mənim əlimdəki yaranı görüb dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah qulunu onun xoşlamadığı bir şeylə imtahan edərsə, o, bəladan yaxa qurtarmaq üçün Allahdan qeyrisindən yardım diləmədiyi müddətdə həmin bəlanı onun üçün günahlardan təmizlik və kəffarə edər“.”

Əbu Hureyra
HəsənFəzilətli əməllər, 539 (Kitab 12, 28)

Qeyd

İbn Əbud-Dunyə “əl-Mərad vəl Kəffərat” 43. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2500.

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَا مِنْ أَحَدٍ يَمْرَضُ، إِلاَّ كُتِبَ لَهُ مِثْلُ مَا كَانَ يَعْمَلُ وَهُوَ صَحِيحٌ.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Xəstələnən elə bir adam yoxdur ki, ona sağlam ikən etdiyi əməllərin savabı qədər savab yazılmış olmasın”.”

Abdullah ibn Amr
SəhihFəzilətli əməllər, 540 (Kitab 12, 29)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 500. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 385.

عَنْ أَبِي مُوسَى قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا مَرِضَ الْعَبْدُ أَوْ سَافَرَ، كُتِبَ لَهُ مِثْلُ مَا كَانَ يَعْمَلُ مُقِيمًا صَحِيحًا».

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Mömin) bəndə xəstələndiyi və ya səfərdə olduğu zaman ona evində, sağlam olarkən etdiyi əməllərin savabı yazılır”.”

Əbu Musa
SəhihFəzilətli əməllər, 541 (Kitab 12, 30)

Qeyd

əl-Buxari, 2774, 2996.

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَجُلٌ لِرَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : أَرَأَيْتَ هَذِهِ الأَمْرَاضَ الَّتِي تُصِيبُنَا مَا لَنَا بِهَا ؟ قَالَ : كَفَّارَاتٌ قَالَ أُبَيٌّ : وَإِنْ قَلَّتْ ؟ قَالَ : وَإِنْ شَوْكَةً فَمَا فَوْقَهَا قَالَ : فَدَعَا أُبَيٌّ عَلَى نَفْسِهِ أَنْ لاَ يُفَارِقَهُ الْوَعْكُ حَتَّى يَمُوتَ فِي أَنْ لاَ يَشْغَلَهُ عَنْ حَجٍّ ، وَلاَ عُمْرَةٍ وَلاَ جِهَادٍ فِي سَبِيلِ اللهِ ، وَلاَ صَلاَةٍ مَكْتُوبَةٍ فِي جَمَاعَةٍ فَمَا مَسَّهُ إِنْسَانٌ ، إِلاَّ وَجَدَ حَرَّهُ حَتَّى مَاتَ

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir kişi Allah Elçisindən ﷺ soruşdu: “Başımıza gələn bu xəstəliklər müqabilində bizə nə var?” Peyğəmbər ﷺ dedi: “Bunlar kəffarələrdir”. Ubey (ibn Kəb) dedi: “Az olsa belə?” Peyğəmbər ﷺ dedi: “Barmağına batan tikan və ya bundan daha kiçik olsa belə”. Ravi dedi: “Ubey ölənə qədər qızdırmanın onu tərk etməməsini, bununla belə onu həccdən, ümrədən, Allah yolunda döyüşdən və bir də camaatla fərz namazlarını qılmaqdan saxlamamasını dua etdi. Ölənə qədər ona bir insan toxunduqda istiliyini hiss edərdi”.”

Əbu Səid əl-Xudri
SəhihFəzilətli əməllər, 542 (Kitab 12, 31)

Qeyd

Əhməd, 11199, 11201; əl-Hakim, 7854; İbn Əbu əd-Dunyə “əl-Mərad vəl-Kəffərat” 10; Əbu Yalə, 995. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3433.

عَنْ عَبْدِ اللهِ بْنِ الْمُغَفَّلِ قَالَ: أَتَى رَجُلٌ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: وَاللهِ يَا رَسُوْلَ اللهِ! إِنِّي لأُحِبُّكَ، فَقَالَ لَهُ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ الْبَلاَيَا أَسْرَعُ إِلَى مَنْ يُحِبُّنِي مِنَ السَّيْلِ إِلَى مُنْتَهَاهُ».

“Rəvayət edilir ki, Abdullah ibn əl-Muğaffəl ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Allaha and olsun, ey Allahın Elçisi! Həqiqətən, mən səni sevirəm”. Allah Elçisi ﷺ ona buyurdu: “Həqiqətən də, bəlalar məni sevənə selin mənsəbinə axmasından daha tez gəlir”.”

Abdullah ibn əl-Muğaffəl
SəhihFəzilətli əməllər, 543 (Kitab 12, 32)

Qeyd

İbn Hibban, 2922; Əhməd, 11397. Hədis həsən səhihdir. Bax: Silsilə əs-Səhihə, 2828.

عَنْ كَعْبِ بْنِ عُجْرَة قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ الْفَقْرَ أَسْرَعُ إِلَى مَنْ يُحِبُّنِي مِنَ السَّيْلِ إِلَى مَعَادِنِه، وَإِنَّهُ سَيُصِيبُكَ بَلاَء فَأَعِدَّ لَهُ تَجْفَافاً».

“Rəvayət edilir ki, Kəb ibn Ucrə ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, kasıblıq məni sevənə selin mənsəbinə axmasından daha tez gəlir. Şübhəsiz ki, sənə bəla gələcək. Elə isə ondan qorunmaq üçün sipər hazırla!””

Kəb ibn Ucrə
HəsənFəzilətli əməllər, 544 (Kitab 12, 33)

Qeyd

ət-Tabərani “Mucəmul-Əvsat” 7157. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3271.

Fəsil 3

Gözlərini itirərək buna səbir edən

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ قَالَ إِذَا ابْتَلَيْتُ عَبْدِى بِحَبِيبَتَيْهِ فَصَبَرَ عَوَّضْتُهُ مِنْهُمَا الْجَنَّةَ». يُرِيدُ عَيْنَيْهِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Allah buyurmuşdur: “Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm və o buna səbir etsə, bunun əvəzində ona Cənnət bəxş edərəm”. Allah “sevdiyi iki şeylə” deyəndə gözləri qəsd edirdi”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 545 (Kitab 12, 34)

Qeyd

əl-Buxari, 5653, 5221; “Ədəbul-Mufrad” 534.

عَنْ أَبِي أُمَامَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَقُولُ اللَّهُ: «يَا ابْنَ آدَمَ، إِذَا أَخَذْتُ كَرِيمَتَيْكَ، فَصَبَرْتَ عِنْدَ الصَّدْمَةِ وَاحْتَسَبْتَ، لَمْ أَرْضَ لَكَ ثَوَابًا دُونَ الْجَنَّةِ»

“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə dedi: “Allah buyurur: “Ey Adəm oğlu! Sənin iki əzizini (gözlərini) əlindən aldığım zaman ilk anda səbir edib əvəzini (Məndən) umsan, sənə mükafat olaraq Cənnətdən başqa bir şey verməyə razı olmaram”.”

Əbu Umamə
SəhihFəzilətli əməllər, 546 (Kitab 12, 35)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 535. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8143.

Fəsil 4

Taundan ölən müsəlman şəhiddir

عَن أَبِي عَسِيب مَوْلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَتَانِي جِبْرِيلُ عَلَيْهِ السَّلامُ بِالْحُمَّى، وَالطَّاعُونِ، فَأَمْسَكْتُ الْحُمَّى بِالْمَدِينَةِ ، وَأَرْسَلْتُ الطَّاعُونَ إِلَى الشَّامِ شَهَادَةٌ لأُمَّتِي، وَرِجْزٌ عَلَى الْكَافِرِ.

“Allah Elçisinin ﷺ azad etdiyi Əbu Asib ﵁ adlı kölə rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Cəbrail ﵇ qızdırma və taun ilə yanıma gəldi. Qızdırmanı Mədinədə saxladım, taunu isə Şama göndərdim. Taun ümmətim üçün şəhidlik, kafir üçün isə murdarlıqdır”.”

Əbu Asib
SəhihFəzilətli əməllər, 547 (Kitab 12, 36)

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 18407. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1401.

عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الطَّاعُونُ شَهَادَةٌ لِكُلِّ مُسْلِمٍ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Taun xəstəliyindən ölən hər bir müsəlman şəhid sayılır”.”

Ənəs ibn Malik
SəhihFəzilətli əməllər, 548 (Kitab 12, 37)

Qeyd

əl-Buxari, 5291, 5732.

عَنْ عَائِشَةَ زَوْجِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ: سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الطَّاعُونِ، فَأَخْبَرَنِى: «أَنَّهُ عَذَابٌ يَبْعَثُهُ اللَّهُ عَلَى مَنْ يَشَاءُ، وَأَنَّ اللَّهَ جَعَلَهُ رَحْمَةً لِلْمُؤْمِنِينَ، لَيْسَ مِنْ أَحَدٍ يَقَعُ الطَّاعُونُ فَيَمْكُثُ فِى بَلَدِهِ صَابِرًا مُحْتَسِبًا، يَعْلَمُ أَنَّهُ لاَ يُصِيبُهُ إِلاَّ مَا كَتَبَ اللَّهُ لَهُ، إِلاَّ كَانَ لَهُ مِثْلُ أَجْرِ شَهِيدٍ».

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Aişə ﵂ demişdir: “Bir dəfə mən Allah Elçisindən ﷺ taun barəsində soruşdum. O mənə dedi: “Bu, bir əzabdır, Allah onu istədiyinə göndərir. (Bununla belə) Allah onu möminlər üçün bir mərhəmət etmişdir. Belə ki, yaşadığı məmləkətdə taun yayılmış bir adam səbir edərək və savabını Allahdan diləyərək, üstəlik bu xəstəliyin ona yalnız Allahın qəzavü-qədəri ilə yoluxa biləcəyinə etiqad edərək o yerdə qalarsa, ona şəhidin savabı qədər savab yazılar”.”

Aişə
SəhihFəzilətli əməllər, 549 (Kitab 12, 38)

Qeyd

əl-Buxari, 3215, 3474.

Fəsil 5

Allahdan salamatlıq diləyin!

أَنَّ مُعَاذَ بْنَ رِفَاعَةَ أَخْبَرَهُ عَنْ أَبِيهِ قَالَ قَامَ أَبُو بَكْرٍ الصِّدِّيقُ عَلَى الْمِنْبَرِ ثُمَّ بَكَى فَقَالَ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ الأَوَّلِ عَلَى الْمِنْبَرِ ثُمَّ بَكَى فَقَالَ «سَلُوا اللَّهَ الْعَفْوَ وَالْعَافِيَةَ فَإِنَّ أَحَدًا لَمْ يُعْطَ بَعْدَ الْيَقِينِ خَيْرًا مِنَ الْعَافِيَةِ».

“Rəvayət edilir ki, Muaz ibn Rifəa ﵁ demişdir: “Bir gün Əbu Bəkr əs-Siddiq minbərə qalxdı, sonra ağlayaraq dedi: “Bir il bundan əvvəl Allah Elçisi ﷺ minbərə qalxdı, sonra ağlayaraq belə dedi: “Allahdan əfv və salamatlıq diləyin. Çünki heç bir kəsə yəqinlikdən (imandan) sonra salamatlıqdan daha xeyirli bir şey verilməmişdir”.”

Muaz ibn Rifəa
SəhihFəzilətli əməllər, 550 (Kitab 12, 39)

Qeyd

ət-Tirmizi, 3558, 3906. Hədis həsən-səhihdir. Bax: Səhih əl-Cami, 3632.

عَنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ عَلِّمْنِى شَيْئًا أَسْأَلُهُ اللَّهَ عَزَّ وَجَلَّ. قَالَ "سَلِ اللَّهَ الْعَافِيَةَ». فَمَكَثْتُ أَيَّامًا ثُمَّ جِئْتُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ عَلِّمْنِى شَيْئًا أَسْأَلُهُ اللَّهَ. فَقَالَ لِى «يَا عَبَّاسُ يَا عَمَّ رَسُولِ اللَّهِ سَلِ اللَّهَ الْعَافِيَةَ فِى الدُّنْيَا وَالآخِرَةِ" قَالَ: سَلِ اللَّهَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، فَإِذَا أُعْطِيتَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَقَدْ أَفْلَحْتَ.

“Rəvayət edilir ki, Abbas ibn Abdul-Muttalib ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mənə elə bir şey öyrət ki, Allahdan ﷿ onu istəyim”. O buyurdu: “Allahdan salamat olmağını dilə!” Bir neçə gün keçdikdən sonra yenə gəlib dedim: “Ey Allahın Elçisi, mənə elə bir şey öyrət ki, Allahdan onu istəyim”. O mənə dedi: “Ey Abbas! Ey Allah Elçisinin əmisi, Allahdan dünya və Axirətdə salamat olmağını dilə!” Digər rəvayətdə deyilir: “Allahdan dünyada və axirətdə bağışlanmağını və salamat olmağını dilə! Əgər dünyada və Axirətdə sənə salamatlıq nəsib olarsa, nicat tapmış olarsan”.”

Abbas ibn Abdul-Muttalib
SəhihFəzilətli əməllər, 551 (Kitab 12, 40)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 637. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 496.

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَا مِنْ دَعْوَةٍ يَدْعُو بِهَا الْعَبْدُ أَفْضَلَ مِنْ: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْمُعَافَاةَ فِي الدُّنْيَا وَالآخِرَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Qulun edəcəyi “Allahım, Səndən dünya və Axirətdə salamatlıq diləyirəm” – duasından daha fəzilətli bir dua yoxdur”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 552 (Kitab 12, 41)

Qeyd

İbn Macə, 3851. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 5703; Silsilə sə-Səhihə, 1138.

عَنْ عَبْدِ الله بْنِ مِحْصنٍ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَصْبَحَ مِنْكُمْ آمِناً فِي سِرْبِهِ مُعَافىً فِي جَسَدِهِ، عِنْدَهُ قُوتُ يَوْمِهِ فَكَأَنَّمَا حِيزَتْ لَهُ الدُّنْيَا».

“Rəvayət edilir ki, Abdullah ibn Mihsan ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim qəlbi rahat, bədəni sağlam, gündəlik yeyəcəyi yanında olduğu halda səhərə çıxarsa, sanki bütün dünya ona verilmiş kimidir”.”

Abdullah ibn Mihsan
HəsənFəzilətli əməllər, 553 (Kitab 12, 42)

Qeyd

ət-Tirmizi, 2346, 2519. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 6042; Silsilə sə-Səhihə, 2318.

Fəsil 6

Xəstələrinizi yeyib-içməyə məcbur etməyin

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجُهَنِيِّ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لاَ تُكْرِهُوا مَرْضَاكُمْ عَلَى الطَّعَامِ وَالشَّرَابِ، فَإِنَّ اللهَ يُطْعِمُهُمْ وَيَسْقِيهِمْ».

“Rəvayət edilir ki, Uqbə ibn Amir əl-Cuhəni ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Xəstələrinizi yeyib-içməyə məcbur etməyin, çünki Allah onları yedirdir və içirdir”.”

Uqbə ibn Amir əl-Cuhəni
HəsənFəzilətli əməllər, 554 (Kitab 12, 43)

Qeyd

İbn Macə, 3444, 3570; ət-Tirmizi, 2040, 2175. Hədis həsəndir. Bax: Silsilə sə-Səhihə, 727.

Fəsil 7

Müsəlman qardaşını ziyarət etməyin fəziləti

عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «زَارَ رَجُلٌ أَخًا لَهُ فِي قَرْيَةٍ، فَأَرْصَدَ اللَّهُ لَهُ مَلَكًا عَلَى مَدْرَجَتِهِ، فَقَالَ: أَيْنَ تُرِيدُ؟ قَالَ: أَخًا لِي فِي هَذِهِ الْقَرْيَةِ، فَقَالَ: هَلْ لَهُ عَلَيْكَ مِنْ نِعْمَةٍ تَرُبُّهَا؟ قَالَ: لاَ، إِنِّي أُحِبُّهُ فِي اللَّهِ، قَالَ: فَإِنِّي رَسُولُ اللَّهِ إِلَيْكَ، أَنَّ اللَّهَ أَحَبَّكَ كَمَا أَحْبَبْتَهُ».

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir kişi başqa bir kənddə olan qardaşını ziyarət etdi. Allah onun keçəcəyi yolun üstünə onu güdmək üçün bir mələk göndərdi. Mələk ondan soruşdu: “Hara gedirsən?” Adam dedi: “Bu kənddəki qardaşımı ziyarət etməyə gedirəm”. Mələk soruşdu: “Sənin ona verəcəyinmi var?” O dedi: “Xeyr, mən onu ancaq Allah xatirinə sevirəm”. Mələk dedi: “Mən Allahın sənin yanına göndərdiyi elçisiyəm. Sən onu sevdiyin kimi Allah da səni sevir”.”

Əbu Hureyra
SəhihFəzilətli əməllər, 555 (Kitab 12, 44)

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 350; Muslim, 4656, 6714.

Fəsil 8

Xəstə ziyarətinin fəziləti

عَنْ عَلِىٍّ قَالَ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «مَنْ أَتَى أَخَاهُ الْمُسْلِمَ عَائِدًا مَشَى فِى خِرَافَةِ الْجَنَّةِ حَتَّى يَجْلِسَ فَإِذَا جَلَسَ غَمَرَتْهُ الرَّحْمَةُ فَإِنْ كَانَ غُدْوَةً صَلَّى عَلَيْهِ سَبْعُونَ أَلْفَ مَلَكٍ حَتَّى يُمْسِىَ وَإِنْ كَانَ مَسَاءً صَلَّى عَلَيْهِ سَبْعُونَ أَلْفَ مَلَكٍ حَتَّى يُصْبِحَ».

“Rəvayət edilir ki, Əli ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: ”Kim xəstə müsəlman qardaşını ziyarət etməyə gələrsə, (onun yanına gəlib) oturanadək Cənnət bağlarında yeriyər. Oturduqda isə onu rəhmət bürüyər. Bunu səhər edərsə, axşamadək yetmiş min mələk onun üçün bağışlanma diləyər. Axşam edərsə, səhərədək yetmiş min mələk onun üçün bağışlanma diləyər”.”

Əli
SəhihFəzilətli əməllər, 556 (Kitab 12, 45)

Qeyd

İbn Macə, 1442, 1509; ət-Tirmizi, 965, 985. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1367.

عَنْ ثَوْبَانَ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ « مَنْ عَادَ مَرِيضًا لَمْ يَزَلْ فِى خُرْفَةِ الْجَنَّةِ ». قِيلَ يَا رَسُولَ اللَّهِ وَمَا خُرْفَةُ الْجَنَّةِ قَالَ « جَنَاهَا ».

“Allah Elçisinin ﷺ köləlikdən azad etdiyi Səvban ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Müsəlman öz xəstə müsəlman qardaşına baş çəkdiyi zaman (evinə) qayıdanadək Cənnət xurfəsində olar”. Səhabələr ondan: “Ey Allahın Elçisi, Cənnət xurfəsi nədir?”– deyə soruşdular. O dedi: “Cənnətin meyvələridir”.”

Səvban
SəhihFəzilətli əməllər, 557 (Kitab 12, 46)

Qeyd

Muslim, 2568, 4660, 6719.

عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا حَضَرْتُمُ الْمَرِيضَ أَوِ الْمَيِّتَ فَقُولُوا خَيْرًا فَإِنَّ الْمَلاَئِكَةَ يُؤَمِّنُونَ عَلَى مَا تَقُولُونَ ». قَالَتْ فَلَمَّا مَاتَ أَبُو سَلَمَةَ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا سَلَمَةَ قَدْ مَاتَ قَالَ « قُولِى اللَّهُمَّ اغْفِرْ لِى وَلَهُ وَأَعْقِبْنِى مِنْهُ عُقْبَى حَسَنَةً ». قَالَتْ فَقُلْتُ فَأَعْقَبَنِى اللَّهُ مَنْ هُوَ خَيْرٌ لِى مِنْهُ مُحَمَّدًا صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ölüm ayağında olan adamın və ya xəstənin yanına gəldikdə xeyir söyləyin, çünki mələklər sizin dediklərinizə “Amin” deyirlər”. Əbu Sələmə vəfat etdikdə mən Peyğəmbərin ﷺ yanına gələrək dedim: “Ey Allahın Elçisi, Əbu Sələmə vəfat etdi”. O buyurdu: “De: “Allahım, məni də, onu da bağışla və mənə yaxşı bir əvəz ver!” Mən də elə dua etdim. Allah da mənə Əbu Sələmədən daha xeyirlisini – Muhəmmədi ﷺ bəxş etdi”.”

Ummu Sələmə
SəhihFəzilətli əməllər, 558 (Kitab 12, 47)

Qeyd

Muslim, 1527, 2168.