Bəla, Xəstəlik və Ziyarət

Bəla və xəstəliklər günahlara kəffarədir

عَنْ عَائِشَةَ أَنَّ رَجُلًا تَلاَ هَذِهِ الْآيَةَ }مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ{ فَقَالَ: إِنَّا لَنُجْزَى بِكُلِّ مَا عَمِلْنَا، هَلَكْنَا إِذَا، فَبَلَغَ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: نَعَمْ يُجْزَى بِهِ فِي الدُّنْيَا مِنْ مُصِيبَةٍ فِي جَسَدِهِ مِمَّا يُؤْذِيهِ.

“Aişə ﵂ rəvayət edir ki, bir kişi bu ayəni: “Pislik edən kəs onun cəzasını alacaq” (ən-Nisa, 123) – oxudu və dedi: “Biz etdiyimiz hər bir əmələ görə cəzalandırılacağıqsa, onda biz həlak olduq!” Bu xəbər Allah Elçisinə ﷺ çatdıqda, o buyurdu: “Bəli, o, dünya həyatında bədəninə əziyyət verəcək şeylərlə imtahan olunmaqla cəzalandırılacaq”.”

Aişə
Səhih

Qeyd

İbn Hibban, 2923. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3429.

İstinad

Fəzilətli əməllər, 519 (Kitab 12, 8)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət