Bəla və xəstəliklər günahlara kəffarədir
عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقِ أَنَّهُ قَالَ: يَا رَسُولَ اللَّهِ كَيْفَ الصَّلاَحُ بَعْدَ هَذِهِ الْآيَةِ }لَيْسَ بِأَمَانِيِّكُمْ وَلاَ أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ{ وَكُلُّ شَيْءٍ عَمِلْنَا جُزِينَا بِهِ؟ فَقَالَ: غَفَرَ اللَّهُ لَكَ يَا أَبَا بَكْرٍ، أَلَسْتَ تَمْرَضُ؟ أَلَسْتَ تَحْزَنُ؟ أَلَسْتَ تُصِيبُكَ اللَّأْوَاءُ؟ قَالَ: قُلْتُ: بَلَى، قَالَ: هُوَ مَا تُجْزَوْنَ بِهِ.
“Rəvayət edilir ki, Əbu Bəkr əs-Siddiq ﵁ demişdir: “Bir dəfə mən dedim: “Ey Allahın Elçisi, bu ayədən sonra: “(Bu nemətə nail olmaq) nə sizin arzunuzla, nə də Kitab əhlinin arzusu ilədir. Pislik edən kəs onun cəzasını alacaq” (ən-Nisa, 123) – etdiyimiz hər bir əməlin cəzasını alacağımız halda necə salamat qalmaq olar?” O buyurdu: “Allah səni bağışlasın, ey Əbu Bəkr! Məgər sən xəstələnmirsən, kədərlənmirsən, bəlaya düçar olmursan?” Mən: “Bəli”- dedim. O buyurdu: “Siz elə bunlarla cəzalandırılırsınız”.”
Qeyd
İbn Hibban, 2910. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3430.
İstinad
Fəzilətli əməllər, 520 (Kitab 12, 9)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət