Bəla, Xəstəlik və Ziyarət

Bəla və xəstəliklər günahlara kəffarədir

عن زياد بن الربيع قال: قلت لأبي بن كعب آية في كتاب الله قد أحزنتني قال: ما هي؟ قلت: }مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ{ قال: ما كنت أراك إلا أفقه مما أرى. إن المؤمن لا تصيبه عثرة قدم ولا اختلاج عرق إلا بذنب وما يعفو الله عنه أكثر.

“Rəvayət edilir ki, Ziyad ibn Rabi ﵀ demişdir: “Mən Ubey ibn Kəbə dedim: “Allahın Kitabında bir ayə məni kədərləndirdi”. O soruşdu: “O hansı ayədir?” Mən dedim: “...Pislik edən şəxs onun cəzasını görəcək...” (ən-Nisa, 123) ayəsidir”. Kəb dedi: “Mən səni gördüyümdən daha fəqih bilirdim. Həqiqətən, möminə ayaq büdrəməsi, damar titrəməsi kimi müsibətin gəlməsi günahına görədir. Allahın əfv etdiyi günahlar isə bundan daha çoxdur”.”

Ziyad ibn Rabi
Səhih

Qeyd

İbn Əbud-Dunyə “əl-Mərad vəl-Kəffərat” 100; Beyhəqi “Şuabul-İman” 9814.

İstinad

Fəzilətli əməllər, 521 (Kitab 12, 10)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət