Bəla, Xəstəlik və Ziyarət

Bəla və xəstəliklər günahlara kəffarədir

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ وَعَنْ أَبِي هُرَيْرَةَ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَا يُصِيبُ الْمُسْلِمَ مِنْ نَصَبٍ وَلاَ وَصَبٍ وَلاَ هَمٍّ وَلاَ حُزْنٍ وَلاَ أَذًى وَلاَ غَمٍّ حَتَّى الشَّوْكَةِ يُشَاكُهَا إِلاَّ كَفَّرَ اللَّهُ بِهَا مِنْ خَطَايَاهُ.

“Əbu Səid əl-Xudri və Əbu Hureyra ﵄ rəvayət edirlər ki, Peyğəmbər ﷺ belə buyurdu: “Müsəlmana üz vermiş elə bir yorğunluq, elə bir naxoşluq, elə bir kədər, elə bir üzüntü, elə bir əziyyət, elə bir dərd, hətta (ayağına) batan elə bir tikan yoxdur ki, onun sayəsində Allah (həmin) müsəlmanın günahlarını bağışlamasın”.”

Əbu Səid əl-Xudri və Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 5210, 5641, “Ədəbul-Mufrad” 492; Muslim, 2573.

İstinad

Fəzilətli əməllər, 529 (Kitab 12, 18)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət