Bəla, Xəstəlik və Ziyarət

Xəstə ziyarətinin fəziləti

عَنْ أُمِّ سَلَمَةَ قَالَتْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ « إِذَا حَضَرْتُمُ الْمَرِيضَ أَوِ الْمَيِّتَ فَقُولُوا خَيْرًا فَإِنَّ الْمَلاَئِكَةَ يُؤَمِّنُونَ عَلَى مَا تَقُولُونَ ». قَالَتْ فَلَمَّا مَاتَ أَبُو سَلَمَةَ أَتَيْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ إِنَّ أَبَا سَلَمَةَ قَدْ مَاتَ قَالَ « قُولِى اللَّهُمَّ اغْفِرْ لِى وَلَهُ وَأَعْقِبْنِى مِنْهُ عُقْبَى حَسَنَةً ». قَالَتْ فَقُلْتُ فَأَعْقَبَنِى اللَّهُ مَنْ هُوَ خَيْرٌ لِى مِنْهُ مُحَمَّدًا صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ölüm ayağında olan adamın və ya xəstənin yanına gəldikdə xeyir söyləyin, çünki mələklər sizin dediklərinizə “Amin” deyirlər”. Əbu Sələmə vəfat etdikdə mən Peyğəmbərin ﷺ yanına gələrək dedim: “Ey Allahın Elçisi, Əbu Sələmə vəfat etdi”. O buyurdu: “De: “Allahım, məni də, onu da bağışla və mənə yaxşı bir əvəz ver!” Mən də elə dua etdim. Allah da mənə Əbu Sələmədən daha xeyirlisini – Muhəmmədi ﷺ bəxş etdi”.”

Ummu Sələmə
Səhih

Qeyd

Muslim, 1527, 2168.

İstinad

Fəzilətli əməllər, 558 (Kitab 12, 47)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət