Müsəlman qardaşını ziyarət etməyin fəziləti
عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «زَارَ رَجُلٌ أَخًا لَهُ فِي قَرْيَةٍ، فَأَرْصَدَ اللَّهُ لَهُ مَلَكًا عَلَى مَدْرَجَتِهِ، فَقَالَ: أَيْنَ تُرِيدُ؟ قَالَ: أَخًا لِي فِي هَذِهِ الْقَرْيَةِ، فَقَالَ: هَلْ لَهُ عَلَيْكَ مِنْ نِعْمَةٍ تَرُبُّهَا؟ قَالَ: لاَ، إِنِّي أُحِبُّهُ فِي اللَّهِ، قَالَ: فَإِنِّي رَسُولُ اللَّهِ إِلَيْكَ، أَنَّ اللَّهَ أَحَبَّكَ كَمَا أَحْبَبْتَهُ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bir kişi başqa bir kənddə olan qardaşını ziyarət etdi. Allah onun keçəcəyi yolun üstünə onu güdmək üçün bir mələk göndərdi. Mələk ondan soruşdu: “Hara gedirsən?” Adam dedi: “Bu kənddəki qardaşımı ziyarət etməyə gedirəm”. Mələk soruşdu: “Sənin ona verəcəyinmi var?” O dedi: “Xeyr, mən onu ancaq Allah xatirinə sevirəm”. Mələk dedi: “Mən Allahın sənin yanına göndərdiyi elçisiyəm. Sən onu sevdiyin kimi Allah da səni sevir”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 350; Muslim, 4656, 6714.
İstinad
Fəzilətli əməllər, 555 (Kitab 12, 44)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət