Bəla, Xəstəlik və Ziyarət

Bəla və xəstəliklər günahlara kəffarədir

عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَجُلٌ لِرَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : أَرَأَيْتَ هَذِهِ الأَمْرَاضَ الَّتِي تُصِيبُنَا مَا لَنَا بِهَا ؟ قَالَ : كَفَّارَاتٌ قَالَ أُبَيٌّ : وَإِنْ قَلَّتْ ؟ قَالَ : وَإِنْ شَوْكَةً فَمَا فَوْقَهَا قَالَ : فَدَعَا أُبَيٌّ عَلَى نَفْسِهِ أَنْ لاَ يُفَارِقَهُ الْوَعْكُ حَتَّى يَمُوتَ فِي أَنْ لاَ يَشْغَلَهُ عَنْ حَجٍّ ، وَلاَ عُمْرَةٍ وَلاَ جِهَادٍ فِي سَبِيلِ اللهِ ، وَلاَ صَلاَةٍ مَكْتُوبَةٍ فِي جَمَاعَةٍ فَمَا مَسَّهُ إِنْسَانٌ ، إِلاَّ وَجَدَ حَرَّهُ حَتَّى مَاتَ

“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Bir kişi Allah Elçisindən ﷺ soruşdu: “Başımıza gələn bu xəstəliklər müqabilində bizə nə var?” Peyğəmbər ﷺ dedi: “Bunlar kəffarələrdir”. Ubey (ibn Kəb) dedi: “Az olsa belə?” Peyğəmbər ﷺ dedi: “Barmağına batan tikan və ya bundan daha kiçik olsa belə”. Ravi dedi: “Ubey ölənə qədər qızdırmanın onu tərk etməməsini, bununla belə onu həccdən, ümrədən, Allah yolunda döyüşdən və bir də camaatla fərz namazlarını qılmaqdan saxlamamasını dua etdi. Ölənə qədər ona bir insan toxunduqda istiliyini hiss edərdi”.”

Əbu Səid əl-Xudri
Səhih

Qeyd

Əhməd, 11199, 11201; əl-Hakim, 7854; İbn Əbu əd-Dunyə “əl-Mərad vəl-Kəffərat” 10; Əbu Yalə, 995. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3433.

İstinad

Fəzilətli əməllər, 542 (Kitab 12, 31)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət