Bəla və xəstəliklər günahlara kəffarədir
عَنْ عَبْدِ اللهِ بْنِ الْمُغَفَّلِ قَالَ: أَتَى رَجُلٌ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: وَاللهِ يَا رَسُوْلَ اللهِ! إِنِّي لأُحِبُّكَ، فَقَالَ لَهُ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ الْبَلاَيَا أَسْرَعُ إِلَى مَنْ يُحِبُّنِي مِنَ السَّيْلِ إِلَى مُنْتَهَاهُ».
“Rəvayət edilir ki, Abdullah ibn əl-Muğaffəl ﵁ demişdir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Allaha and olsun, ey Allahın Elçisi! Həqiqətən, mən səni sevirəm”. Allah Elçisi ﷺ ona buyurdu: “Həqiqətən də, bəlalar məni sevənə selin mənsəbinə axmasından daha tez gəlir”.”
Qeyd
İbn Hibban, 2922; Əhməd, 11397. Hədis həsən səhihdir. Bax: Silsilə əs-Səhihə, 2828.
İstinad
Fəzilətli əməllər, 543 (Kitab 12, 32)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət