Bəla, Xəstəlik və Ziyarət

Allahdan salamatlıq diləyin!

عَنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ قَالَ قُلْتُ يَا رَسُولَ اللَّهِ عَلِّمْنِى شَيْئًا أَسْأَلُهُ اللَّهَ عَزَّ وَجَلَّ. قَالَ "سَلِ اللَّهَ الْعَافِيَةَ». فَمَكَثْتُ أَيَّامًا ثُمَّ جِئْتُ فَقُلْتُ يَا رَسُولَ اللَّهِ عَلِّمْنِى شَيْئًا أَسْأَلُهُ اللَّهَ. فَقَالَ لِى «يَا عَبَّاسُ يَا عَمَّ رَسُولِ اللَّهِ سَلِ اللَّهَ الْعَافِيَةَ فِى الدُّنْيَا وَالآخِرَةِ" قَالَ: سَلِ اللَّهَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، فَإِذَا أُعْطِيتَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ فَقَدْ أَفْلَحْتَ.

“Rəvayət edilir ki, Abbas ibn Abdul-Muttalib ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, mənə elə bir şey öyrət ki, Allahdan ﷿ onu istəyim”. O buyurdu: “Allahdan salamat olmağını dilə!” Bir neçə gün keçdikdən sonra yenə gəlib dedim: “Ey Allahın Elçisi, mənə elə bir şey öyrət ki, Allahdan onu istəyim”. O mənə dedi: “Ey Abbas! Ey Allah Elçisinin əmisi, Allahdan dünya və Axirətdə salamat olmağını dilə!” Digər rəvayətdə deyilir: “Allahdan dünyada və axirətdə bağışlanmağını və salamat olmağını dilə! Əgər dünyada və Axirətdə sənə salamatlıq nəsib olarsa, nicat tapmış olarsan”.”

Abbas ibn Abdul-Muttalib
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 637. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 496.

İstinad

Fəzilətli əməllər, 551 (Kitab 12, 40)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət