Bəla, Xəstəlik və Ziyarət

Allahdan salamatlıq diləyin!

أَنَّ مُعَاذَ بْنَ رِفَاعَةَ أَخْبَرَهُ عَنْ أَبِيهِ قَالَ قَامَ أَبُو بَكْرٍ الصِّدِّيقُ عَلَى الْمِنْبَرِ ثُمَّ بَكَى فَقَالَ قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ الأَوَّلِ عَلَى الْمِنْبَرِ ثُمَّ بَكَى فَقَالَ «سَلُوا اللَّهَ الْعَفْوَ وَالْعَافِيَةَ فَإِنَّ أَحَدًا لَمْ يُعْطَ بَعْدَ الْيَقِينِ خَيْرًا مِنَ الْعَافِيَةِ».

“Rəvayət edilir ki, Muaz ibn Rifəa ﵁ demişdir: “Bir gün Əbu Bəkr əs-Siddiq minbərə qalxdı, sonra ağlayaraq dedi: “Bir il bundan əvvəl Allah Elçisi ﷺ minbərə qalxdı, sonra ağlayaraq belə dedi: “Allahdan əfv və salamatlıq diləyin. Çünki heç bir kəsə yəqinlikdən (imandan) sonra salamatlıqdan daha xeyirli bir şey verilməmişdir”.”

Muaz ibn Rifəa
Səhih

Qeyd

ət-Tirmizi, 3558, 3906. Hədis həsən-səhihdir. Bax: Səhih əl-Cami, 3632.

İstinad

Fəzilətli əməllər, 550 (Kitab 12, 39)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət