Bəla, Xəstəlik və Ziyarət

Bəla və xəstəliklər günahlara kəffarədir

حَدَّثَنَا أَنَسُ بْنُ مَالِكٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَا مِنْ مُسْلِمٍ ابْتَلاَهُ اللَّهُ فِي جَسَدِهِ إِلاَّ كُتِبَ لَهُ مَا كَانَ يَعْمَلُ فِي صِحَّتِهِ، مَا كَانَ مَرِيضًا، فَإِنْ عَافَاهُ، أُرَاهُ قَالَ: غَسَّلَهُ، وَإِنْ قَبَضَهُ غَفَرَ لَهُ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Allahın xəstəliyə mübtəla etdiyi elə bir müsəlman yoxdur ki, xəstəliyi davam etdikcə sağlam ikən yerinə yetirdiyi əməllərin savabı ona yazılmasın. Əgər Allah onu sağaltsa, – güman edirəm ki, Peyğəmbər ﷺ dedi, – Allah onu təmizləyər. Yox, əgər canını alarsa, onu bağışlayar”.”

Ənəs ibn Malik
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 501. Hədis həsən-səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 386.

İstinad

Fəzilətli əməllər, 535 (Kitab 12, 24)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət