Bəla və xəstəliklər günahlara kəffarədir
عَنْ جَابِرٍ قَالَ: دَخَلَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى أُمِّ السَّائِبِ، وَهِيَ تُزَفْزِفُ، فَقَالَ: مَا لَكِ؟ قَالَتِ: الْحُمَّى أَخْزَاهَا اللَّهُ، فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: مَهْ، لاَ تَسُبِّيهَا، فَإِنَّهَا تُذْهِبُ خَطَايَا الْمُؤْمِنِ، كَمَا يُذْهِبُ الْكِيرُ خَبَثَ الْحَدِيدِ.
“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ Ummu Saib adlı (xəstə) bir qadına baş çəkdi. Qadın titrəyirdi. Peyğəmbər ﷺ soruşdu: “Sənə nə olub?” O, dedi: “Qızdırmam var. Allah onu zəlil etsin!” Peyğəmbər ﷺ dedi: “Sus, onu söymə! Çünki bu (xəstəlik), möminin günahlarını körük dəmirin pasını apardığı kimi silib aparır”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 516; Muslim, 2575, 4672, 6735; İbn Hibban, 2938; əl-Beyhəqi, 6799.
İstinad
Fəzilətli əməllər, 533 (Kitab 12, 22)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət