Taundan ölən müsəlman şəhiddir
عَن أَبِي عَسِيب مَوْلَى رَسُولِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَتَانِي جِبْرِيلُ عَلَيْهِ السَّلامُ بِالْحُمَّى، وَالطَّاعُونِ، فَأَمْسَكْتُ الْحُمَّى بِالْمَدِينَةِ ، وَأَرْسَلْتُ الطَّاعُونَ إِلَى الشَّامِ شَهَادَةٌ لأُمَّتِي، وَرِجْزٌ عَلَى الْكَافِرِ.
“Allah Elçisinin ﷺ azad etdiyi Əbu Asib ﵁ adlı kölə rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Cəbrail ﵇ qızdırma və taun ilə yanıma gəldi. Qızdırmanı Mədinədə saxladım, taunu isə Şama göndərdim. Taun ümmətim üçün şəhidlik, kafir üçün isə murdarlıqdır”.”
Qeyd
ət-Tabərani “Mucəmul-Kəbir” 18407. Hədis səhihdir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 1401.
İstinad
Fəzilətli əməllər, 547 (Kitab 12, 36)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət