Bəla, Xəstəlik və Ziyarət

Gözlərini itirərək buna səbir edən

عَنْ أَبِي أُمَامَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: يَقُولُ اللَّهُ: «يَا ابْنَ آدَمَ، إِذَا أَخَذْتُ كَرِيمَتَيْكَ، فَصَبَرْتَ عِنْدَ الصَّدْمَةِ وَاحْتَسَبْتَ، لَمْ أَرْضَ لَكَ ثَوَابًا دُونَ الْجَنَّةِ»

“Əbu Umamə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə dedi: “Allah buyurur: “Ey Adəm oğlu! Sənin iki əzizini (gözlərini) əlindən aldığım zaman ilk anda səbir edib əvəzini (Məndən) umsan, sənə mükafat olaraq Cənnətdən başqa bir şey verməyə razı olmaram”.”

Əbu Umamə
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 535. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 8143.

İstinad

Fəzilətli əməllər, 546 (Kitab 12, 35)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət