Gözlərini itirərək buna səbir edən
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ سَمِعْتُ النَّبِىَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ «إِنَّ اللَّهَ قَالَ إِذَا ابْتَلَيْتُ عَبْدِى بِحَبِيبَتَيْهِ فَصَبَرَ عَوَّضْتُهُ مِنْهُمَا الْجَنَّةَ». يُرِيدُ عَيْنَيْهِ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: “Allah buyurmuşdur: “Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm və o buna səbir etsə, bunun əvəzində ona Cənnət bəxş edərəm”. Allah “sevdiyi iki şeylə” deyəndə gözləri qəsd edirdi”.”
Ənəs ibn Malik
SəhihQeyd
əl-Buxari, 5653, 5221; “Ədəbul-Mufrad” 534.
İstinad
Fəzilətli əməllər, 545 (Kitab 12, 34)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət