Bəla və xəstəliklər günahlara kəffarədir
عَائِشَةَ عَنِ النَّبِيِّ قَالَ: مَا مِنْ مُسْلِمٍ يُصَابُ بِمُصِيبَةٍ، وَجَعٍ أَوْ مَرَضٍ، إِلاَّ كَانَ كَفَّارَةَ ذُنُوبِهِ، حَتَّى الشَّوْكَةُ يُشَاكُهَا، أَوِ النَّكْبَةُ.
“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hansı müsəlmana müsibət – bir dərd və ya bir xəstəlik üz verərsə, bu, onun günahlarının kəffarəsi olar. Hətta, ayağına batan bir tikan, yaxud (yolda) büdrəməsi belə (onun üçün kəffarədir)”.”
Aişə
SəhihQeyd
əl-Buxari “Ədəbul-Mufrad” 498. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 383.
İstinad
Fəzilətli əməllər, 525 (Kitab 12, 14)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət