Bəla və xəstəliklər günahlara kəffarədir
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: "صُدَاعُ الْمُؤْمِنِ, أَوْ شَوْكَةٌ يُشَاكُهَا, أَوْ شَيْءٌ يُؤْذِيهِ يَرْفَعُهُ اللهُ بِهَا يَوْمَ الْقِيَامَةِ دَرَجَةً, وَيُكَفِّرُ بِهَا عَنْهُ ذُنُوبَهُ"
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah möminin başağrısına, ayağına batan tikana və ya ona əziyyət verən hər bir şeyə görə Qiyamət günü onun dərəcəsini yüksəldər və bunları onun günahlarına kəffarə edər”.”
Qeyd
İbn Əbud-Dunyə “Mərad vəl-Kəffərat” 180. Hədis həsəndir. Bax: Səhih ət-Tərğib vət-Tərhib, 3434.
İstinad
Fəzilətli əməllər, 524 (Kitab 12, 13)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət