Bəlaya ən çox məruz qalanlar
عَنْ سَعْدِ بْنِ أَبِى وَقَّاصٍ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ أَىُّ النَّاسِ أَشَدُّ بَلاَءً؟ قَالَ: «الأَنْبِيَاءُ ثُمَّ الأَمْثَلُ فَالأَمْثَلُ يُبْتَلَى الْعَبْدُ عَلَى حَسَبِ دِينِهِ فَإِنْ كَانَ فِى دِينِهِ صُلْبًا اشْتَدَّ بَلاَؤُهُ وَإِنْ كَانَ فِى دِينِهِ رِقَّةٌ ابْتُلِىَ عَلَى حَسَبِ دِينِهِ فَمَا يَبْرَحُ الْبَلاَءُ بِالْعَبْدِ حَتَّى يَتْرُكَهُ يَمْشِى عَلَى الأَرْضِ وَمَا عَلَيْهِ مِنْ خَطِيئَةٍ».
“Rəvayət edilir ki, Sad ibn Əbu Vaqqas ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, ən şiddətli bəlaya düçar olan insanlar kimlərdir?” O buyurdu: “Peyğəmbərlər, sonra onlara daha yaxın olanlar, sonra onlara daha yaxın olanlardır. Kişi dininə görə imtahan olunur. Əgər dinində möhkəmdirsə, imtahanı çətinləşir. Yox, əgər dinində zəifdirsə, Allah onu dininə görə imtahan edir. Qul yer üzərində günahsız gəzənədək bəla ona gəlməkdə davam edir”.”
Qeyd
İbn Macə, 4023, 4159. Hədis həsən-səhihdir. Bax: Silsilə əs-Səhihə, 143.
İstinad
Fəzilətli əməllər, 514 (Kitab 12, 3)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət