Bəla, Xəstəlik və Ziyarət

Bəla və xəstəliklər günahlara kəffarədir

أبا هريرة يحدث قال: دخلت على أم عبد الله بنت أبي ذباب عائدا لها من شكوى فقالت: يا أبا هريرة! إني دخلت على أم سلمة أعودها من شكوى، فنظرت إلى قرحة في يدي فقالت: سمعت رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يقول: ما ابتلى الله عبدا ببلاء و هو على طريقة يكرهها، إلا جعل الله ذلك البلاء له كفارة و طهورا، ما لم ينزل ما أصابه من البلاء بغير الله، أو يدعو غير الله في كشفه

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə mən Ummu Abdullah bint Əbu Zubab xəstə ikən onu ziyarət etmək üçün yanına daxil oldum və o, mənə dedi: “Ey Əbu Hureyra, mən Ummu Sələmə xəstə ikən onu ziyarət etmək üçün yanına getmişdim. O, mənim əlimdəki yaranı görüb dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Allah qulunu onun xoşlamadığı bir şeylə imtahan edərsə, o, bəladan yaxa qurtarmaq üçün Allahdan qeyrisindən yardım diləmədiyi müddətdə həmin bəlanı onun üçün günahlardan təmizlik və kəffarə edər“.”

Əbu Hureyra
Həsən

Qeyd

İbn Əbud-Dunyə “əl-Mərad vəl Kəffərat” 43. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2500.

İstinad

Fəzilətli əməllər, 539 (Kitab 12, 28)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət