Bəla və xəstəliklər günahlara kəffarədir
عَنْ شَدَّادَ بْنَ أَوْس فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَقُولُ «إِذَا ابْتَلَيْتُ عَبْدًا مِنْ عِبَادِي مُؤْمِنًا فَحَمِدَنِي و صبر عَلَى مَا بلَيْتُهُ فَإِنَّهُ يَقُومُ مِنْ مَضْجَعِهِ ذَلِكَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ مِنْ الْخَطَايَا وَيَقُولُ الرَّبُّ عَزَّ وَجَلَّ للحفظة إني أَنَا قَيَّدْتُ عَبْدِي هذا وَابْتَلَيْتُهُ فأجْرُوا لَهُ مَا كُنْتُمْ تُجْرُونَ لَهُ قبل ذلك من الأجر وَهُوَ صَحِيحٌ»
“Rəvayət edilir ki, Şəddad ibn Əus ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Allah ﷿ buyurur: “Mömin bir qulumu bəlaya düçar etdikdə o, Mənə həmd edərək düçar etdiyim bəlaya səbir etsə, yatağından anadan doğulduğu gündə olduğu kimi xətalardan (təmizlənərək) ayağa qalxar”. Rəbb ﷿ qoruyucu mələklərinə buyurur: “Həqiqətən, Mən bu qulumu əməl etməkdən saxlayıb bəlaya düçar etdim. Ona bundan əvvəl sağlam ikən (etdiyi əməllərə bərabər) yazdığınız əcr qədər mükafat yazın!””
Qeyd
ət-Tabərani “Mucəmul-Əvsat” 4709. Hədis həsəndir. Bax: Səhih əl-Cami, 4300.
İstinad
Fəzilətli əməllər, 537 (Kitab 12, 26)
Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət