Bəla, Xəstəlik və Ziyarət

Bəla və xəstəliklər günahlara kəffarədir

عَنْ أَنَسٍ عَنِ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ «إِنَّ عِظَمَ الْجَزَاءِ مَعَ عِظَمِ الْبَلاَءِ وَإِنَّ اللَّهَ إِذَا أَحَبَّ قَوْمًا ابْتَلاَهُمْ فَمَنْ رَضِىَ فَلَهُ الرِّضَا وَمَنْ سَخِطَ فَلَهُ السَّخَطُ».

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər”.”

Ənəs
Həsən

Qeyd

ət-Tirmizi, 2396, 2576; İbn Macə, 4031. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 146.

İstinad

Fəzilətli əməllər, 516 (Kitab 12, 5)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət