Bəla, Xəstəlik və Ziyarət

Bəla və xəstəliklər günahlara kəffarədir

عَنْ عَبْدِ اللَّهِ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي مَرَضِهِ وَهُوَ يُوعَكُ وَعْكًا شَدِيدًا وَقُلْتُ إِنَّكَ لَتُوعَكُ وَعْكًا شَدِيدًا قُلْتُ إِنَّ ذَاكَ بِأَنَّ لَكَ أَجْرَيْنِ قَالَ أَجَلْ مَا مِنْ مُسْلِمٍ يُصِيبُهُ أَذًى إِلاَّ حَاتَّ اللَّهُ عَنْهُ خَطَايَاهُ كَمَا تَحَاتُّ وَرَقُ الشَّجَرِ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Peyğəmbər ﷺ (ağır) xəstələndiyi zaman mən onun yanına gəldim (və baxdım ki,) o, qızdırma içində yanır. Mən dedim: “(Ey Allahın Elçisi!) Sən qızdırma içində yanırsan! Yəqin bu, sənin iki savab qazanmağına görədir.” O dedi: “Düzdür, başına müsibət gəlmiş elə bir müsəlman yoxdur ki, Allah, ağacın yarpaqları töküldüyü kimi onun günahlarını təmizləmiş olmasın”.”

Abdullah
Səhih

Qeyd

əl-Buxari, 5215, 5647; Muslim, 2571, 4663, 6724.

İstinad

Fəzilətli əməllər, 531 (Kitab 12, 20)

Fəzilətli əməllər — Bəla, Xəstəlik və Ziyarət