Əxlaqı gözəl olan mömin
عَنْ عَمْرِو ابْنِ شُعَيْبٍ، عَنْ أَبِيهِ، عَنْ جَدِّهِ، أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «أُخْبِرُكُمْ بِأَحَبِّكُمْ إِلَيَّ، وَأَقْرَبِكُمْ مِنِّي مَجْلِسًا يَوْمَ الْقِيَامَةِ؟» فَسَكَتَ الْقَوْمُ، فَأَعَادَهَا مَرَّتَيْنِ أَوْ ثَلاَثًا، قَالَ الْقَوْمُ: نَعَمْ يَا رَسُولَ اللَّهِ، قَالَ: «أَحْسَنُكُمْ خُلُقًا».
“Rəvayət edilir ki, Amr ibn Şueyb atasından, o da öz atasından Peyğəmbərin ﷺ belə dediyini eşitmişdir: “Sizlərdən mənə ən sevimli olan və Qiyamət günü mənə ən yaxın yerdə oturan kimsələr barədə sizə xəbər verimmi?” Camaat susdu. O, bunu iki və ya üç dəfə təkrar etdi. Camaat: “Bəli, ya Rəsulullah!”– dedikdə, o buyurdu: “Əxlaqı ən gözəl olanınız!””
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 272. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 792.
İstinad
Fəzilətli əməllər, 560 (Kitab 13, 3)
Fəzilətli əməllər — Əxlaq