حَدَّثَنِي طَيْسَلَةُ بْنُ مَيَّاسٍ قَالَ: كُنْتُ مَعَ النَّجَدَاتِ، فَأَصَبْتُ ذُنُوبًا لاَ أَرَاهَا إِلاَّ مِنَ الْكَبَائِرِ، فَذَكَرْتُ ذَلِكَ لاِبْنِ عُمَرَ قَالَ: مَا هِيَ؟ قُلْتُ: كَذَا وَكَذَا، قَالَ: لَيْسَتْ هَذِهِ مِنَ الْكَبَائِرِ، هُنَّ تِسْعٌ: الإِشْرَاكُ بِاللَّهِ، وَقَتْلُ نَسَمَةٍ، وَالْفِرَارُ مِنَ الزَّحْفِ، وَقَذْفُ الْمُحْصَنَةِ، وَأَكْلُ الرِّبَا، وَأَكْلُ مَالِ الْيَتِيمِ، وَإِلْحَادٌ فِي الْمَسْجِدِ، وَالَّذِي يَسْتَسْخِرُ، وَبُكَاءُ الْوَالِدَيْنِ مِنَ الْعُقُوقِ. قَالَ لِي ابْنُ عُمَرَ: أَتَفْرَقُ النَّارَ، وَتُحِبُّ أَنْ تَدْخُلَ الْجَنَّةَ؟ قُلْتُ: إِي وَاللَّهِ، قَالَ: أَحَيٌّ وَالِدَاكَ؟ قُلْتُ: عِنْدِي أُمِّي، قَالَ: فَوَاللَّهِ لَوْ أَلَنْتَ لَهَا الْكَلاَمَ، وَأَطْعَمْتَهَا الطَّعَامَ، لَتَدْخُلَنَّ الْجَنَّةَ مَا اجْتَنَبْتَ الْكَبَائِرَ.
“Rəvayət edilir ki, Taysələ ibn Məyyas ﵀ demişdir: “Bir zaman mən Nəcədatla həmfikir idim. Nəhayət, bir gün böyük günahlardan hesab etdiyim bəzi günah işləri gördüm, sonra da bunu Abdullah ibn Ömərə bildirdim. İbn Ömər: “Nədir onlar?”– deyə soruşdu. Mən: “Filan, filan (əməllərdir)” – deyə cavab verdim. İbn Ömər dedi: “Bunlar ki böyük günahlardan deyil. Böyük günahlar doqquzdur: Allaha şərik qoşmaq, adam öldürmək, döyüş meydanından qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə günah iş görmək, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq”. Sonra İbn Ömər məndən: “Cəhənnəm odundan qorxursanmı, Cənnətə girmək istəyirsənmi?”– deyə soruşdu. Mən: “Bəli, vallahi ki, (istəyirəm)”– deyə cavab verdim. O, soruşdu: “Valideynlərin sağdırmı?” Dedim: “Yalnız anam yanımdadır.” O, dedi: “Vallahi, əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, üstəlik böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən”.”