Əxlaq

Yaxşı əməllər edənin misalı

عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ أَنَّهُ سَمِعَ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِنَّ مَثَلَ الَّذِي يَعْمَلُ السَّيِّئاتِ ثُمَّ يَعْمَلُ الْحَسَنَاتِ، كَمَثَلِ رَجُلٍ كَانَتْ عَلَيهِ دِرعٌ ضَيِّقَةٌ قَدْ خَنَقَتهُ ثُمَّ عَمِلَ حَسَنَةً فَانْفَكتْ حَلَقَةٌ، ثُمَّ عَمِلَ أُخْرَى فَانْفَكتْ حَلَقَةٌ أُخْرَى، حَتَّى يَخْرُجَ إِلَى الأرْض».

“Rəvayət edilir ki, Uqbə ibn Amir ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Həqiqətən, günahlar etdikdən sonra yaxşı əməllər edənin misalı, üzərində onu sıxan dar zirehi olan kişinin misalı kimidir. Sonra o, yaxşı bir əməl etdikdə bir halqa qopur, sonra başqa bir yaxşı əməl etdikdə digər halqa qopur, nəhayət, onların (hamısı) yerə tökülür”.”

Uqbə ibn Amir
Həsən

Qeyd

ət-Tabərani “Mucəmul-Kəbir” 783. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 2854.

İstinad

Fəzilətli əməllər, 629 (Kitab 13, 72)

Fəzilətli əməllər — Əxlaq