İslama gözəl tərzdə əməl edən
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِي أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِذَا أَسْلَمَ الْعَبْدُ فَحَسُنَ إِسْلاَمُهُ يُكَفِّرُ اللَّهُ عَنْهُ كُلَّ سَيِّئَةٍ كَانَ زَلَفَهَا، وَكَانَ بَعْدَ ذَلِكَ الْقِصَاصُ، الْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا إِلَى سَبْعِمِائَةِ ضِعْفٍ، وَالسَّيِّئَةُ بِمِثْلِهَا إِلاَّ أَنْ يَتَجَاوَزَ اللَّهُ عَنْهَا»
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Bir bəndə müsəlman olub İslamı gözəl yaşayarsa, Allah onun keçmişdə etdiyi hər bir günahını bağışlayar. Bundan sonra isə (edəcəyi əməllərin) əvəzini alar: hər yaxşılığa onun on mislindən ta yeddi yüz qatınadək (əvəz verilər); hər pisliyə isə yalnız öz misli qədər (cəza verilər). Yalnız Allahın bunu bağışlaması istisnadır”.”
Qeyd
əl-Buxari, 41; ən-Nəsəi “Sunən” 4912, 4998, 5015.
İstinad
Fəzilətli əməllər, 569 (Kitab 13, 12)
Fəzilətli əməllər — Əxlaq