Mülayimlik
عَنْ أَبِي الدَّرْدَاء عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ أُعْطِيَ حَظَّهُ مِنَ الرِّفْقِ فَقَدْ أُعْطِيَ حَظَّهُ مِنَ الْخَيْرِ، وَمَنْ حُرِمَ حَظَّهُ مِنَ الرِّفْقِ، فَقَدْ حُرِمَ حَظَّهُ مِنَ الْخَيْرِ، أَثْقَلُ شَيْءٍ فِي مِيزَانِ الْمُؤْمِنِ يَوْمَ الْقِيَامَةِ حُسْنُ الْخُلُقِ، وَإِنَّ اللَّهَ لَيُبْغِضُ الْفَاحِشَ الْبَذِيَّ».
“Rəvayət edilir ki, Əbu əd-Dərdə ﵁ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Kimə mülayimlikdən nəsibi verilmişsə, ona xeyirdən nəsibi verilmişdir. Kim də mülayimlikdən olan nəsibindən məhrum olmuşsa, xeyirdən olan nəsibindən məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobudluq edən və təhqiramiz sözlər danışan adama nifrət edir”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 464. Hədis səhihdir. Bax: Səhih əl-Cami, 6055.
İstinad
Fəzilətli əməllər, 570 (Kitab 13, 13)
Fəzilətli əməllər — Əxlaq