Müsəlman, mömin, mücahid və mühacir
عَنْ فَضَالَةَ بْنِ عُبَيْدٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ: «أَلاَ أُخْبِرُكُمْ بِالْمُؤْمِنِ؟ مَنْ أَمِنَهُ النَّاسُ عَلَى أَنْفُسِهِمْ وَأَمْوَالِهِمْ، وَالْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ، وَالْمُجَاهِدُ مَنْ جَاهَدَ نَفْسَهُ فِي طَاعَةٍ، وَالْمُهَاجِرُ مَنْ هَجَرَ الْخَطَايَا وَالذُّنُوبَ».
“Rəvayət edilir ki, Fədalə ibn Ubeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ Vida həccində belə buyurdu: “Sizə kimin mömin oduğunu bildirimmi? Mömin - insanların canlarına və mallarına görə ondan arxayın olduqları kimsədir. Müsəlman - müsəlmanların onun əlindən və dilindən salamat olduqları kimsədir. Mücahid – itaətdə nəfsi ilə mübarizə edən kimsədir. Mühacir – asilikləri və günahları tərk edən kimsədir”.”
Qeyd
əl-Hakim, 24; əl-Beyhəqi “Şuabul-İman” 11123. əl-Buxari “Ədəbul-Mufrad” 1144. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 549.
İstinad
Fəzilətli əməllər, 592 (Kitab 13, 35)
Fəzilətli əməllər — Əxlaq