Əxlaq

Cahiliyyət dövründə xeyirli olanlar...

عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: سُئِلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ النَّاسِ أَكْرَمُ؟ قَالَ: «أَكْرَمُهُمْ عِنْدَ اللَّهِ أَتْقَاهُمْ»، قَالُوا: لَيْسَ عَنْ هَذَا نَسْأَلُكَ، قَالَ: «فَأَكْرَمُ النَّاسِ يُوسُفُ نَبِيُّ اللَّهِ ابْنُ نَبِيِّ اللَّهِ ابْنُ خَلِيلِ اللَّهِ»، قَالُوا: لَيْسَ عَنْ هَذَا نَسْأَلُكَ، قَالَ: «فَعَنْ مَعَادِنِ الْعَرَبِ تَسْأَلُونِي؟» قَالُوا: نَعَمْ، قَالَ: «فَخِيَارُكُمْ فِي الْجَاهِلِيَّةِ خِيَارُكُمْ فِي الإِسْلاَمِ إِذَا فَقِهُوا».

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir dəfə səhabələr Allah Elçisindən ﷺ soruşdular: “İnsanların ən hörmətlisi kimdir?” O, dedi: “Onların ən hörmətlisi Allahdan ən çox qorxanıdır”. Səhabələr dedilər: “Biz səndən bu haqda soruşmuruq”. O, dedi: “Allahın sevimli dostu İbrahimin oğlu İshaq peyğəmbərin oğlu Yaqub peyğəmbərin oğlu Yusuf peyğəmbərdir”. Onlar dedilər: “Biz səndən bu haqda soruşmuruq”. O, dedi: “Yəqin ki, siz məndən ərəblərin əcdadı barədə soruşursunuz?” Onlar: “Bəli!”– dedilər. Onda, o belə buyurdu: “(Biləsiniz ki,) cahiliyyət dövründə xeyirli olanlarınız, əgər şəriəti anlasalar, İslamda da xeyirli olacaqlar”.”

Əbu Hureyra
Səhih

Qeyd

əl-Buxari, 3123, 3374, 4321, 4689, “Ədəbul-Mufrad” 129.

İstinad

Fəzilətli əməllər, 591 (Kitab 13, 34)

Fəzilətli əməllər — Əxlaq