Valideyn haqqları
أَنَّ عَبْدَ اللَّهِ بْنَ عَمْرِو بْنِ الْعَاصِ قَالَ أَقْبَلَ رَجُلٌ إِلَى نَبِىِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ أُبَايِعُكَ عَلَى الْهِجْرَةِ وَالْجِهَادِ أَبْتَغِى الأَجْرَ مِنَ اللَّهِ. قَالَ «فَهَلْ مِنْ وَالِدَيْكَ أَحَدٌ حَىٌّ». قَالَ نَعَمْ بَلْ كِلاَهُمَا. قَالَ «فَتَبْتَغِى الأَجْرَ مِنَ اللَّهِ». قَالَ نَعَمْ. قَالَ «فَارْجِعْ إِلَى وَالِدَيْكَ فَأَحْسِنْ صُحْبَتَهُمَا».
“Rəvayət edilir ki, Abdullah ibn Amr ibn əl-As ﵄ demişdir: “Bir kişi Allahın Peyğəmbərinə ﷺ tərəf gəldi və belə buyurdu: “Mən əcrini Allahdan umaraq hicrət və cihad etmək üçün sənə beyət edirəm”. Peyğəmbər ﷺ soruşdu: “Valideynlərindən sağ olanı varmı?” O: “Bəli, hər ikisi sağdır”- deyə cavab verdi. Peyğəmbər ﷺ soruşdu: “Sən əcrini Allahdan umursan?” Kişi: “Bəli!”- deyə cavab verdikdə, o belə buyurdu: “Valideynlərinin yanına qayıt və onlarla yaxşı davran!””
Qeyd
Muslim, 4624, 6671.
İstinad
Fəzilətli əməllər, 583 (Kitab 13, 26)
Fəzilətli əməllər — Əxlaq