Anaya yaxşılıq etməyin mükafatı
عَنْ عَائِشَةَ قَالَتْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «نِمْتُ فَرَأَيْتُنِى فِى الْجَنَّةِ فَسَمِعْتُ صَوْتَ قَارِئٍ يَقْرَأُ فَقُلْتُ مَنْ هَذَا قَالُوا هَذَا حَارِثَةُ بْنُ النُّعْمَانِ». فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «كَذَاكَ الْبِرُّ كَذَاكَ الْبِرُّ». وَكَانَ أَبَرَّ النَّاسِ بِأُمِّهِ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Yuxuda özümü Cənnətdə gördüm, orada Quran oxuyan bir kəsin səsini eşitdim və dedim: “Bu kimdir?” Mənə dedilər: “Harisə ibn Numan”. Allah Elçisi ﷺ dedi: “Yaxşılıq (edənin mükafatı) budur, yaxşılıq (edənin mükafatı) budur!” O, insanlar arasında anasına qarşı ən xeyirxah olanı idi”.”
Qeyd
Əhməd, 24026, 25223, 25926. Şueyb əl-Arnavut isnadının səhih, ravilərini etibarlı, əl-Buxari və Muslimin ravilərindən olduğunu bildirmişdir.
İstinad
Fəzilətli əməllər, 584 (Kitab 13, 27)
Fəzilətli əməllər — Əxlaq