Əxlaq

Salamın fəziləti

عَنْ عَبْدِ اللَّهِ بْنِ سَلاَمٍ قَالَ لَمَّا قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ انْجَفَلَ النَّاسُ إِلَيْهِ وَقِيلَ قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَدِمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَجِئْتُ فِى النَّاسِ لأَنْظُرَ إِلَيْهِ فَلَمَّا اسْتَبَنْتُ وَجْهَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَرَفْتُ أَنَّ وَجْهَهُ لَيْسَ بِوَجْهِ كَذَّابٍ وَكَانَ أَوَّلَ شَىْءٍ تَكَلَّمَ بِهِ أَنْ قَالَ «أَيُّهَا النَّاسُ أَفْشُوا السَّلاَمَ وَأَطْعِمُوا الطَّعَامَ وَصَلُّوا وَالنَّاسُ نِيَامٌ تَدْخُلُونَ الْجَنَّةَ بِسَلاَمٍ»

“Rəvayət edilir ki, Abdullah ibn Səlam ﵁ demişdir: “Allah Elçisi ﷺ Mədinəyə gələndə insanlar onun yanına getdilər. Belə deyildi: “Allah Elçisi gəldi, Allah Elçisi gəldi, Allah Elçisi gəldi!” Mən ona baxmaq üçün gəlib insanların arasına girdim. Allah Elçisinin ﷺ üzünə baxanda, onun üzünün yalançı üz olmadığını gördüm. Onun ilk söylədiyi sözlər bunlar idi: “Ey insanlar, salamı yayın, yemək yedirdin və insanlar gecə yatarkən namaz qılın, salamatlıqla Cənnətə girərsiniz”.”

Abdullah ibn Səlam
Səhih

Qeyd

ət-Tirmizi, 2485, 2673. Hədis səhihdir. Bax: Səhih və Daif Sunən ət-Tirmizi, 2485.

İstinad

Fəzilətli əməllər, 606 (Kitab 13, 49)

Fəzilətli əməllər — Əxlaq