Əxlaqı gözəl olan mömin
عَنِ ابْنِ عُمَرَ قَالَ: كُنْتُ مَعَ رَسُوْلِ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَهُ رَجُلٌ مِنَ الأنْصَارِ، فَسَلَّمَ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ قَالَ: يَا رَسُوْلَ اللهِ! أَيُّ الْمُؤمِنِينَ أَفْضَلُ؟ قَالَ: «أَحْسَنهُمْ خُلُقاً». قَالَ: فَأَيُّ الْمُؤمِنِينَ أَكْيَسُ؟ قَالَ: «أَكْثَرُهُمْ لِلْمَوتِ ذِكْراً، وَأَحسنهُمْ لِمَا بَعْدَهُ اسْتِعدَاداً، أُولئِكَ الأكْيَاس».
“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ yanında idim. Ənsardan bir kişi onun yanına gəlib Peyğəmbərə ﷺ salam verdikdən sonra dedi: “Ey Allahın Elçisi, möminlərin ən üstünü hansılardır?” Allah Elçisi ﷺ dedi: “Əxlaqı ən gözəl olanlar!” Kişi dedi: “Möminlərin ən ağıllısı kimlərdir?” Allah Elçisi ﷺ dedi: “Ölümü çox yad edənlər və ölümdən sonra olana (Axirətə) ən gözəl şəkildə hazırlaşanlar. Ən ağıllı olanlar onlardır”.”
Qeyd
İbn Macə, 4259, 4400. Hədis səhihdir. Bax: Silsilə əs-Səhihə, 1384.
İstinad
Fəzilətli əməllər, 563 (Kitab 13, 6)
Fəzilətli əməllər — Əxlaq