Allahın şahidləri kimlərdir?
عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَقَفَ عَلَى نَاس جُلُوس فَقَالَ: «أَلاَ أُخْبِرُكُمْ بِخَيْرِكُمْ مِنْ شَرِّكُمْ». قَالَ: فَسَكَتُوا فَقَالَ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ فَقَالَ رَجُلٌ: بَلَى يَا رَسُولَ اللَّهِ أَخْبِرْنَا بِخَيْرِنَا مِنْ شَرِّنَا. قَالَ: «خَيْرُكُمْ مَنْ يُرْجَى خَيْرُهُ وَيُؤْمَنُ شَرُّهُ وَشَرُّكُمْ مَنْ لاَ يُرْجَى خَيْرُهُ وَلاَ يُؤْمَنُ شَرُّهُ».
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir dəstə oturmuş insanların yanında dayanıb soruşdu: “Sizin ən xeyirli və şərli olanlarınız barədə xəbər verimmi?” Hamı susdu. Allah Elçisi ﷺ bunu üç dəfə təkrar etdi. Bir kişi dedi: “Bəli, ey Allahın Elçisi, bizə ən xeyirli və şərli olanlarımız barədə xəbər ver!” Allah Elçisi ﷺ buyurdu: “Xeyirli olanınız (insanların) ondan yaxşılıq gözlədikləri və şərindən təhlükəsiz olduqları kimsədir. Şərli olanınız isə (insanların) ondan yaxşılıq gözləmədikləri və şərindən təhlükəsiz olmadıqları kimsədir”.”
Qeyd
ət-Tirmizi, 2263, 2432. Hədis səhihdir. Bax: Mişkətul-Məsabih, 4993.
İstinad
Fəzilətli əməllər, 640 (Kitab 13, 83)
Fəzilətli əməllər — Əxlaq