Əxlaq

Mülayimlik

عَنْ عَائِشَةَ قَالَتْ قَالَ لِي رَسُولُ الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا عَائِشَةُ عَلَيْكِ بِتَقْوَى اللَّهِ عَزَّ وَجَلَّ وَالرِّفْقِ فَإِنَّ الرِّفْقَ لَمْ يَكُ فِى شَىْءٍ قَطُّ إِلاَّ زَانَهُ وَلَمْ يُنْزَعْ مِنْ شَىْءٍ قَطُّ إِلاَّ شَانَهُ»

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ mənə dedi: “Ey Aişə, Allahın ﷿ təqvasını əldə etməyə və mülayim olmağa çalış! Mülayimlik hansı işdə olarsa, onu gözəlləşdirər, hansı işdə olmazsa, onu korlayar”.”

Aişə
Səhih

Qeyd

Əhməd, 24307, 24352, 24811. Şueyb əl-Arnavut səhih olduğunu bildirmişdir.

İstinad

Fəzilətli əməllər, 574 (Kitab 13, 17)

Fəzilətli əməllər — Əxlaq