Əxlaqı gözəl olan mömin
عَنْ أَبِى أُمَامَةَ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ «أَنَا زَعِيمٌ بِبَيْتٍ فِى رَبَضِ الْجَنَّةِ لِمَنْ تَرَكَ الْمِرَاءَ وَإِنْ كَانَ مُحِقًّا وَبِبَيْتٍ فِى وَسَطِ الْجَنَّةِ لِمَنْ تَرَكَ الْكَذِبَ وَإِنْ كَانَ مَازِحًا وَبِبَيْتٍ فِى أَعْلَى الْجَنَّةِ لِمَنْ حَسَّنَ خُلُقَهُ».
“Rəvayət edilir ki, Əbu Umamə əl-Bəhili ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Mən, haqlı olduğu halda belə mübahisədən əl çəkən kimsənin Cənnətin bir güşəsində evi olacağına, habelə, zarafatla olsa belə yalan danışmayan kimsənin Cənnətin ortasında bir evi olacağına və bir də əxlaqı gözəl olan kimsənin Cənnətin ən yüksək təbəqəsində bir evi olacağına zəmanət verirəm”.”
Qeyd
Əbu Davud, 4800, 4802. Hədis həsəndir. Bax: Silsilə əs-Səhihə, 273.
İstinad
Fəzilətli əməllər, 567 (Kitab 13, 10)
Fəzilətli əməllər — Əxlaq