Əxlaq

Dilini saxla!

عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ قَالَ اشْتَكَى سَعْدُ بْنُ عُبَادَةَ شَكْوَى لَهُ فَأَتَاهُ النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَعُودُهُ مَعَ عَبْدِ الرَّحْمَنِ بْنِ عَوْفٍ وَسَعْدِ بْنِ أَبِى وَقَّاصٍ وَعَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ فَلَمَّا دَخَلَ عَلَيْهِ فَوَجَدَهُ فِى غَاشِيَةِ أَهْلِهِ فَقَالَ: «قَدْ قَضَى؟» قَالُوا لاَ يَا رَسُولَ اللَّهِ. فَبَكَى النَّبِىُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَلَمَّا رَأَى الْقَوْمُ بُكَاءَ النَّبِىِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَكَوْا فَقَالَ: «أَلاَ تَسْمَعُونَ إِنَّ اللَّهَ لاَ يُعَذِّبُ بِدَمْعِ الْعَيْنِ، وَلاَ بِحُزْنِ الْقَلْبِ، وَلَكِنْ يُعَذِّبُ بِهَذَا - وَأَشَارَ إِلَى لِسَانِهِ - أَوْ يَرْحَمُ وَإِنَّ الْمَيِّتَ يُعَذَّبُ بِبُكَاءِ أَهْلِهِ عَلَيْهِ».

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Səd ibn Ubadə xəstələndiyi zaman Peyğəmbər ﷺ Abdur-Rahmən ibn Auf, Səd ibn Əbu Vəqqas və Abdullah ibn Məsud ilə birlikdə ona baş çəkdi. Peyğəmbər ﷺ xəstənin yanına gəldikdə ailəsinin onun başına yığışdığını görüb soruşdu: “Öldümü?” Onlar: “Xeyr, ey Allahın Elçisi!”- deyə cavab verdilər. Peyğəmbər ﷺ (Sədi görəndə) ağladı. Oradakılar Peyğəmbərin ﷺ ağladığını gördükdə ağlamağa başladılar. Peyğəmbər ﷺ dedi: “Eşitmirsinizmi? Allah gözlərdən axan yaşa və qəlbin kədərlənməsinə görə (heç) kəsə əzab vermir. O, ancaq buna görə ya əzab verir, ya da rəhm edir”- deyərək dilinə işarə etdi. “Həqiqətən, ölən adama ailəsinin onun üçün (fəryad edib) ağlamasına görə əzab verilir”.”

Abdullah ibn Ömər
Səhih

Qeyd

əl-Buxari, 1221, 1304; Muslim, 924, 1536, 2181.

İstinad

Fəzilətli əməllər, 618 (Kitab 13, 61)

Fəzilətli əməllər — Əxlaq