Əxlaq

Mülayimlik

عَنْ أَشَجِّ عَبْدِ الْقَيْسِ قَالَ: قَالَ لِيَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ فِيكَ لَخُلُقَيْنِ يُحِبُّهُمَا اللَّهُ»، قُلْتُ: وَمَا هُمَا يَا رَسُولَ اللَّهِ؟ قَالَ: «الْحِلْمُ وَالْحَيَاءُ»، قُلْتُ: قَدِيمًا كَانَ أَوْ حَدِيثًا؟ قَالَ: «قَدِيمًا»، قُلْتُ: الْحَمْدُ لِلَّهِ الَّذِي جَبَلَنِي عَلَى خُلُقَيْنِ أَحَبَّهُمَا اللَّهُ.

“Rəvayət edilir ki, Əşəc Abdulqeys ﵁ demişdir: “Bir gün Peyğəmbər ﷺ mənə dedi: “Səndə iki əxlaqi cəhət var ki, Allah onları sevir”. Mən soruşdum: “Bunlar nələrdir, ey Allahın Elçisi?” O, buyurdu: “Mülayimlik və həyalı olmaqdır”. Mən soruşdum: “Bunlar məndə çoxdan var, yoxsa təzəlikcə baş vermişdir?” O: “Çoxdan var!”– deyə cavab verdi. Mən dedim: “Allahın sevdiyi bu iki əxlaqi cəhəti məndə yaradan Allaha həmd olsun!””

Əşəc Abdulqeys
Səhih

Qeyd

əl-Buxari “Ədəbul-Mufrad” 584. Hədis səhihdir. Bax: Səhih Ədəbul-Mufrad, 455.

İstinad

Fəzilətli əməllər, 576 (Kitab 13, 19)

Fəzilətli əməllər — Əxlaq