Küsülü qalmağın zərəri
سَمِعْتُ هِشَامَ ابْنَ عَامِرٍ الأَنْصَارِيَّ، ابْنَ عَمِّ أَنَسِ بْنِ مَالِكٍ، وَكَانَ قُتِلَ أَبُوهُ يَوْمَ أُحُدٍ، أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لاَ يَحِلُّ لِمُسْلِمٍ أَنْ يُصَارِمَ مُسْلِمًا فَوْقَ ثَلاَثٍ، فَإِنَّهُمَا نَاكِبَانِ عَنِ الْحَقِّ مَا دَامَا عَلَى صِرَامِهِمَا، وَإِنَّ أَوَّلَهُمَا فَيْئًا يَكُونُ كَفَّارَةً عَنْهُ سَبْقُهُ بِالْفَيْءِ، وَإِنْ مَاتَا عَلَى صِرَامِهِمَا لَمْ يَدْخُلاَ الْجَنَّةَ جَمِيعًا أَبَدًا، وَإِنْ سَلَّمَ عَلَيْهِ فَأَبَى أَنْ يَقْبَلَ تَسْلِيمَهُ وَسَلاَمَهُ، رَدَّ عَلَيْهِ الْمَلَكُ، وَرَدَّ عَلَى الْآخَرِ الشَّيْطَانُ».
“Ənəs ibn Malikin əmisi oğlu, üstəlik atası Uhud şəhidlərindən olmuş Hişam ibn Amir əl-Ənsari ﵁ Allah Elçisindən ﷺ eşitdiyini belə rəvayət etmişdir: “Heç bir müsəlmana üç gündən artıq başqa bir müsəlmanla əlaqələri kəsmək halal olmaz. Onlar küsülü qaldıqca, haqdan sapmış olarlar. Onlardan birinci barışanın ilk əvvəl barışığa gəlməsi onun üçün kəffarə olar. Əgər küsülü olduqları halda ölsələr, heç vaxt bir yerdə Cənnətə girməzlər. Onlardan biri digərinə salam verdiyi zaman o adam onun salamını almasa, salam verənin salamını mələk alar, salamı almayanı isə şeytan qarşılayar”.”
Qeyd
əl-Buxari “Ədəbul-Mufrad” 402. Hədis səhihdir. Bax: İrvaul-Ğalil, 7/95.
İstinad
Fəzilətli əməllər, 597 (Kitab 13, 40)
Fəzilətli əməllər — Əxlaq